Modern.az

Odessaya kamikadze hücumu - ÖLƏNLƏR VAR

Odessaya kamikadze hücumu - ÖLƏNLƏR VAR

Dünya

10 İyun 2023, 10:30

Rusiya silahlı qüvvələri iyunun 10-na keçən gecə pilotsuz təyyarələrlə Ukraynanın Odessa vilayətinə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Cənub” Əməliyyat Komandanlığı məlumat yayıb.

 

Bildirilib ki, Hava Hücumundan Müdafiə Qüvvələri Odessa bölgəsi üzərində düşmənin bütün PUA-larını vurub. İran istehsalı dronların qalıqlarının düşməsi nəticəsində çoxmərtəbəli binada yanğın baş verib.

 

“50 kvadratmetr ərazini əhatə edən yanğın dərhal söndürülüb. 3 mülki şəxs həlak olub. 10-dan çox insan yaralanıb”, - rəsmi məlumatda qeyd olunub.

 

Bundan əlavə, partlayış nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü