Modern.az

Peskov Rusiyanın G7-dəki planlarından söz açdı

Peskov Rusiyanın G7-dəki planlarından söz açdı

Dünya

6 Dekabr 2023, 13:54

"Rusiya Federasiyası dekabrın 6-da keçirilməsi planlaşdırılan G7-nin onlayn sammitini yaxından izləyəcək".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"G7 onlayn sammitinin əsas mövzusu Fələstin-İsrail münaqişəsi ola bilər", - o əlavə edib.

 

Peskov Qərbin Ukraynaya yardımının həcmini azaltmaqla bağlı deyib ki, Kiyev indi “açıq-aydın çətin vəziyyətdədir”.

 

Sözçü təklif edib ki, G7 onlayn sammitində Qərbin Kiyevə yardımının azaldılması nəzərə alınmaqla Ukrayna mövzusu müzakirə oluna bilər.

Sizə yeni x var
Keçid et
Mehdiyev olayıyla bağlı ŞOK - 200-ə yaxın adam istintaqa çağırıldı