Modern.az

Pakistanda yeni baş nazir seçiləcək - Tarix açıqlandı

Pakistanda yeni baş nazir seçiləcək - Tarix açıqlandı

29 Fevral 2024, 19:52

Pakistan parlamenti bazar günü ölkənin yeni baş nazirini seçəcək.

 

Modern.az xəbər verir ki, bu barədə parlament katibliyi məlumat yayıb.

 

Hökumət başçısının müəyyənləşməsi üçün seçkilər martın 3-də keçiriləcək.

 

Bu vəzifə uğrunda Milli Assambleyaya seçkilərdə müstəqil namizəd kimi qalib gələn Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif və Ədalət Hərəkatının yüksək vəzifəli funksioneri Ömər Əyyub Xan mübarizə aparır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır