Modern.az

Azərbaycan və Ermənistan arasında sülh sazişi tarixi fürsətdir - ƏRDOĞAN

Azərbaycan və Ermənistan arasında sülh sazişi tarixi fürsətdir - ƏRDOĞAN

Dünya

16 May 2024, 19:47

Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ile birgə mətbuat konfransı zamanı bildirib.

 

"Biz inanırıq ki, bu iki ölkə sonda əsl sülh razılaşmasına nail olacaq", - Ərdoğan qeyd edib.

 

Biz tarixi İpək Yolunu relslər üzərində canlandıran orta dəhlizin onurğa sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun yenidən işə salınması istiqamətində işlərimizi davam etdiririk. Türkiyə-Gürcüstan əlaqələrinin mühüm sütununu regional əməkdaşlıq layihələri təşkil edir. Biz nəqliyyat və enerji layihələri üzərində işləmək istəyimizi təsdiq etdik", - o əlavə edib..

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri