Modern.az

Kanadada meşə yanğınları - Minlərlə insan təxliyə edildi

Kanadada meşə yanğınları - Minlərlə insan təxliyə edildi

14 İyul 2024, 18:57

Kanadanın şimal-şərqində baş verən meşə yanğınları səbəbilə təxminən 9 min insan təxliyə edilib.

 

Modern.az xəbər verir ki, “CBC News”un məlumatına görə, ölkənin şimal-şərqində baş verən yanğınlar Nyufaundlend və Labrador əyalətindəki Labrador Siti və Vabuş bölgələrini təhlükə altına saldığı üçün bir sıra tədbirlər görülüb.

 

Əyalətin Baş naziri Endryu Furey, Labrador Siti və Vabuşdakı insanları ayıq olmağa və yanğınların olduğu əraziləri boşaltmağa çağırıb. Yanğınlar səbəbilə təxminən 9 min insan təxliyə edilib.

 

Nyufaundlend və Labrador əyalətində 11 bölgədə hələ də güclü yanğınlar davam edir.

 

Kanadada hazırda 575 aktiv yanğınla mübarizə aparılsa da, onlardan 400-dən çoxu nəzarətdən çıxmış sayılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri