Modern.az

Təngəyə münasibətdə dollar ucuzlaşıb

Təngəyə münasibətdə dollar ucuzlaşıb

22 İyul 2024, 16:48

Qazaxıstan Fond Birjasında (KASE) gündəlik xarici valyuta ticarət sessiyası başa çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.

 

KASE-də gündəlik hərracların yekunlarına görə, dolların orta çəkili məzənnəsi 5,13 təngə ucuzlaşaraq 473,15 təngə təşkil edib. Milli Bankın iyulun 19-na olan rəsmi məzənnəsi 1 dollar üçün 478,58 təngədir.

 

Hazırda Almatıdakı valyutadəyişmə məntəqələrində dollar orta hesabla 473,24 təngəyə alınıb, Astanada valyutadəyişmə məntəqələrində 474,92 təngəyə satılır.

 

İyulun 19-da KASE-də gündəlik hərracların yekunlarına görə, dolların orta çəkili məzənnəsi 478,58 təngə təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri