Modern.az

Bayden Ağ Evə qayıdır

Bayden Ağ Evə qayıdır

23 İyul 2024, 07:59

ABŞ prezidenti Co Bayden iyulun 23-də koronavirus səbəbindən karantində olduğu Rehobot-Biç şəhərindəki iqamətgahından Ağ Evə qayıdacaq.

 

Modern.az-ın məlumatına görə, bu barədə Ağ Evin yayımladığı cədvəldə bildirilib.

 

Məlumata əsasən, ABŞ-ın şərq sahili vaxtı ilə 12:30-da C.Bayden Rehobot-Biçdəki evini tərk edəcək və Dover şəhər aerodromuna gedəcək. O, saat 13:25-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına uçacaq, uçuşun 35 dəqiqə çəkəcəyi gözlənilir.

 

Amerika liderinin saat 14:30-da Ağ Evə gələcəyi gözlənilir, burada 15:00-da onun üçün qapalı brifinq keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri