Modern.az

Azərbaycanlı rektorun müşaviri Banqladeşin baş naziri oldu

Azərbaycanlı rektorun müşaviri Banqladeşin baş naziri oldu

7 Avqust 2024, 19:40

Nobel mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.

 

Modern.az-ın məlumatına görə, Banqladeş Prezidenti Məhəmməd Şahabuddin etirazçılarla görüşündən sonra bu qərara gəlib.

 

84 yaşlı Məhəmməd Yunusun avqustun 8-də and içəcəyi gözlənilir. O, andiçmədən əvvəl ölkədə sabitliyin tamamilə bərpasına çağırış edib.

 

"Gəlin yeni qələbəmizdən ən yaxşı şəkildə istifadə edək. Hər kəsi sakit olmağa çağırıram. Xahiş edirəm, hər cür zorakılıqdan çəkinin", - Yunus deyib.

 

Qeyd edək ki, Banqladeşdə baş verən kütləvi etirazlardan sonra Baş nazir Şeyx Hasina istefa verib və Hindistana qaçıb. Etirazlara rəhbərlik edən tələbələr Məhəmməd Yunusun baş nazir olmasını tələb edib və ölkə prezidenti tələblə razılaşıb.

 

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus 1940-cı ildə anadan olub. O, 20 fərqli ölkənin universitetlərində 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatına, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir. 

 

Banqladeşli professor ilk dəfə olaraq 2016-cı ildə Azərbaycanda səfərdə olub.

 

Məhəmməd Yunus bu ilin mart ayında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Professor UNEC rektoru Ədalət Muradova müraciət edərək ali təhsil ocağında müşavir işləmək istədiyini bildirib. "Müraciətində professor Məhəmməd Yunus UNEC Rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi UNEC missiyasına töhfə vermək istəyini bildirir. Müraciətini nəzərə alaraq Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusu bu gün UNEC Rektorunun müşaviri təyin etdim. UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel Mükafatı Laureatı, professor Məhəmməd Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm", - rektor bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi