Modern.az

Əvvəl bıçaqladı, sonra daşla vurub ÖLDÜRDÜ

Əvvəl bıçaqladı, sonra daşla vurub ÖLDÜRDÜ

Hadisə

14 May 2022, 10:34

Şamaxı rayon Polis Şöbəsinə mayın 14-ü saat 1 radələrində şəhər ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin bıçaqla və daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.


Araşdırmalarla Ş.Hacıyevin aralarında yaranmış münaqişə zəminində M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.


Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  M.Rizvanov “isti izlər”lə tutularaq istintaqa təhvil verilib.


Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!