Modern.az

Ucarda kombaynın təkəri partladı - 1 nəfər öldü

Ucarda kombaynın təkəri partladı - 1 nəfər öldü

5 İyun 2023, 09:28

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.

 

Modern.az APA-ya istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib.

 

Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H. Əhmədov xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər