Modern.az

Binə Ticarət Mərkəzi YANIR

Binə Ticarət Mərkəzi YANIR

4 Aprel 2024, 10:24

Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə Ticarət Mərkəzinin ərazisində yanğın olması barədə ilkin məlumat daxil olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

 

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

 

Əlavə məlumat veriləcək.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU