Modern.az

Tovuzda yanğın - Tüstüdən zəhərlənən var

Tovuzda yanğın - Tüstüdən zəhərlənən var

Hadisə

21 May 2024, 15:02

Tovuz rayonunun Əyyublu kəndində yanğın olub.

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 260 m² (hər mərtəbəsi 130 m²) olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində bir otağın yanar konstruksiyası 20 m² sahədə, digər iki otağın tavanı 60 m² sahədə və dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb.

 

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU