Modern.az

Qubada maşın ağaca çırpıldı - Sürücü öldü

Qubada maşın ağaca çırpıldı - Sürücü öldü

Hadisə

29 May 2024, 07:10

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, mayın 28-i axşam saatlarında Quba-Xaçmaz yolunun 10-cu kilometrliyində Quba rayon sakini, İlham Dadaşov idarə etdiyi "Hyundai" markalı avtomobillə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

 

İ.Dadaşov aldığı xəsarətlərdən Quba Rayon Mərkəzi Xəstəxanasında ölüb.

 

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU