Modern.az

Xorvatiya 1/8 finala yüksəldi - YENİLƏNİB

Xorvatiya 1/8 finala yüksəldi - YENİLƏNİB

İdman

1 Dekabr 2022, 20:59

Xorvatiya millisi dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

 

Modern.az xəbər verir ki, F qrupunun III turunda Belçika ilə qolsuz heç-heçə edən Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv xallarını 5-ə çatdıraraq, ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.

 

4 xalı olan Belçika isə mundialla vidalaşıb.

 

***

19:04

 

Dünya çempionatında Xorvatiya və Belçika yığmaları arasında F qrupunun III tur oyunu başlayıb.

 

Modern.az xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

 

Komandalar meydana aşağıdakı "11-liklər"lə çıxıblar:

 

Xorvatiya: Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yosko Qvardiol, Borna Sosa, Luka Modriç, Marselo Brozoviç, Mateo Kovaçiç, İvan Perişiç, Marko Livaya, Andrey Kramariç

 

Belçika: Tibo Kurtua, Tobi Alderveyreld, Yan Vertongen, Timoti Kastan, Aksel Vitsel, Leander Dendonker, Yannik Karrasko, Kevin De Brüyne, Leandro Trossard, Dris Mertens, Toma Mönye

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada