Modern.az

Taekvondoçularımızın rəqibləri bəlli oldu 

Taekvondoçularımızın rəqibləri bəlli oldu 

İdman

2 İyun 2023, 20:56

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında altıncı günün püşkü atılıb.

 

Modern.az xəbər verir ki, iyunun 3-də Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulacaq.

 

62 kq-da Fatimə Məcidova mundailda debüt görüşünə 1/16 finaldan başlayacaq. O, ilk döyüşünü Kristina Kaspa (İtaliya) - Kiem Bak Ti (Vyetnam) cütünün qalibinə qarşı keçirəcək.

 

74 kq çəkidə qüvvəsini sınayacaq Eltac Qafarovun rəqibi 1/32 final qarşılaşmasının nəticəsinə əsasən bəlli olacaq. Taekvondoçu 1/16 finalda Vasilliy Peruniçiç (Çernoqoriya) - Çarlill Mersyer (Kanada) duelinin güclüsü ilə münasibətinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq.

 

Daha əvvəl Azərbaycanın 9 təmsilçisi medalsız qalıb.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü