Modern.az

Baş nazir ipoteka krediti ilə bağlı qərarını ləğv etdi

Baş nazir ipoteka krediti ilə bağlı qərarını ləğv etdi

İqtisadiyyat

3 İyun 2023, 12:25

Nazirlər Kabineti “Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə 11 oktyabr 2017-ci il tarixli qərarını ləğv edib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən, “Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 422 nömrəli Qərar ləğv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Qardaş ölkə hərbi əməliyyata başladı: Qoşunlar sərhədi keçdi