Modern.az

Türkiyə - Portuqaliya oyununu bu hakimlər idarə edəcək

Türkiyə - Portuqaliya oyununu bu hakimlər idarə edəcək

İdman

20 İyun 2024, 13:12

"Avro-2024"ün F qrupunda 2-ci oyuna çıxacaq Türkiyə millisinin Portuqaliya ilə qarşılaşmasını idarə edəcək hakimlər bəlli olub.

Modern.az xəbər verir ki, matçı Almaniyadan olan hakim Feliks Zvayer idarə edəcək. Ona həmyerliləri Stefamo Lupp və Marko Açmüller köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Xesus Gil Manzano (İspaniya) yerinə yetirəcək. 
 

Qeyd edək ki, Türkiyə - Portuqaliya görüşü iyunun 22-i keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xatıradaq ki,  bu qrupda ilk oyunlar belə nəticələnib:

Türkiyə - Gürcüstan - 3:1
Portuqaliya - Çexiya - 2:1

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI