Modern.az

Təhlükəsizlik məsələləri gücləndirilməlidir - Siyavuş Novruzov

Təhlükəsizlik məsələləri gücləndirilməlidir - Siyavuş Novruzov

Parlament

25 İyun 2024, 11:14

"Ölkələrin təhlükəsizlik məsələsi əsasdır. Biz dini, etnik şəkildə qonşu ölkələrdə daxili çaxnaşmaların şahidi oluruq. Bu, böyük ölkələrin oyunudur. Daxildən parçalamaq və zəiflətmək niyyəti daşıyır. Ona görə də təhlükəsizlik məsələləri gücləndirilməlidir”


Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında deputat Siyavuş Novruzov bildirib.
 

“Belə təhdidlər açıq şəkildə göstərilir. Büdcədən təhlükəsizlik səbəbi ilə ayırdığımız vəsaitlər də tam cəlb olunmalıdır. İndi taktikaları da dəyişmək lazımdır, yeni təlimlər keçirilməli, avadanlıqlar alınmalıdır”. 

S.Novruzov növbədənkənar seçkilərə də toxunub:

"6-cı çağırış Milli Məclis fəaliyyətə başlayandan deyirdilər ki, növbədənkənar parlament seçkiləri olmalıdır, mitinq keçirirdilər. İndi seçki ilə bağlı məsələ ortaya çıxandan tam əks mövqe nümayiş etdirirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Milli Məclis BURAXILDI - Xəbəriniz Var?