Modern.az

Əli Məsimli namizəd olacağı dairəni AÇIQLADI

Əli Məsimli namizəd olacağı dairəni AÇIQLADI

16 İyul 2024, 14:44

VI çağırış Milli Məclisin deputatı Əli Məsimli sentyabrın 1-də keçiriləcək parlament seçkilərində yenidən namizəd olmaq istəyir.

 

Bu barədə deputat Əli Məsimli Modern.az-a açıqlamasında bildirib.

 

O qeyd edib ki, əvvəlki seçki dairəsindən namizədliyiini irəli sürəcək.

 

“Təbii ki, seçkilərdə iştirak etmək barədə düşünürəm. Biraz dislokasiyada fərqli olsa da, əvvəlki seçki dairəsindən namizədliyimi verəcəm. Əvvəl Şəkidə dairə vardı: 113 Şəki şəhər, 114 Şəki kənd Birinci seçki dairəsi və 115 Şəki kənd ikinci seçki dairəsi. Dislokasiya fərqi oldu. 114-cü seçki dariəsinin bir hissəsi Qaxla birləşdi. Yeni seçki dairəsi əmələ gəldi. Demək olar ki, bir hissəsi dəyişmək şərtilə əvvəlki seçki dairəsindən  113-cü Şəki Şəhər seçki dairəsindən namizəd olacam. Çünki bu seçki dairəsi mənim üçün daha münasibdir.  Yaxın günlərdə namizədliyimi rəsmi surətdə təqdim edəcəm”,-o deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri