Modern.az

İsrail düşmənlərini necə məhv edir... – SİYAHI+FOTOLAR

İsrail düşmənlərini necə məhv edir... – SİYAHI+FOTOLAR

Reportaj

1 Avqust 2024, 13:22

İyulun 31-də Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Tehranda öldürülüb. İsrail hücuma görə məsuliyyəti üzərinə götürməyib. 1

 

1950-ci illərdən indiyədək dünyanın müxtəlif ölkələrində radikal islamçılara qarşı İsrailin də iştirak etdiyi iddia edilən 250-dən çox sui-qəsd və sui-qəsd olub.

 

Onların bəzilərinə görə məsuliyyəti İsrail hakimiyyəti öz üzərinə götürüb, digərləri mətbuatda İsrailin əsas kəşfiyyat təşkilatı olan MOSSAD-la əlaqələndirib.

 

Modern.az məşhur sui-qəsdlərdən bəzilərini təqdim edir.

 

- 1979-cu ilin yanvarında Beyrutda Mossadın “Allahın qəzəbi” əməliyyatı zamanı 1972-ci ildə Münhen Olimpiadasında israilli idmançıların ələ keçirilməsini planlaşdıran “Qara sentyabr” təşkilatının rəhbəri Əli Həsən Salamehin avtomobili partladılıb. O, hadisə yerində həyatı itirib.

 

- 1979-cu ilin iyulunda Mossad agentləri fələstinlilərin Suriya tərəfdarı olan "Əl-Saika" adlı təşkilatının və Fələstin Azadlıq Təşkilatının (FAT) fəalı Zuhair Mohseni Kannda güllələyərək öldürüblər.

 

- 1988-ci ilin aprelində Tunisdəki villasında xüsusi əməliyyat zamanı Fələstin Milli Azadlıq Hərəkatının (FƏTH) hərbi qanadının rəhbəri, Yasir Ərəfatın rəhbərlik etdiyi Fələstin Azadlıq Təşkilatının sədr müavini və çoxsaylı terror aktlarının təşkilatçısı Xəlil əl-Vəzir (Əbu Cihad kimi tanınırdı) güllələnərək öldürülüb (şəkildə mərkəzdə duran şəxs).

- 1992-ci ilin fevralında Livanda Hizbullah hərəkatının lideri Şeyx Abbas əl Musəvi İsrail Hərbi Hava Qüvvələrinin helikopterlərinin raket hücumu nəticəsində həlak olub.

 

- 1995-ci ilin oktyabrında Maltada hotelin girişində Mossad agentləri “Fələstin İslami Cihad” hərəkatının banisini və ilk lideri Fəthi Şkakini güllələyib öldürüblər.

 

- 2002-ci ilin iyulunda Qəzzada İzaddin əl-Qəssam briqadalarının (HƏMAS-ın hərbi qanadı) başçısı Salah Şhadeh İsrail hava qüvvələrinin endirdiyi zərbə nəticəsində öldürülüb. O, Hərəkatın yaranmasında mərkəzi rol oynayan şəxslərdən biri idi.

 

- 2004-cü ilin martında HƏMAS-ın ruhani lideri və qurucularından biri olan Şeyx Əhməd Yasin Qəzzada İsrail Hərbi Hava Qüvvələrinin helikopterinin raket hücumu nəticəsində öldürülüb.

 

- 2004-cü ilin aprelində Şeyx Əhməd Yasinin varisi Abdel Əziz əl-Rantisi də eyni şəkildə həlak olub.

 

- 2008-ci ilin fevralında Hizbullahın kəşfiyyat xidmətlərinin rəhbəri və onun yaradıcılarından biri İmad Muğniyənin avromobili Dəməşqdə partladılıb. İsrail onun ölümündə əli olduğunu inkar edir.

 

- 2009-cu ilin yanvarında HƏMAS-ın daxili işlər naziri Səid Siam (şəkildəki), HƏMAS-ın baş təhlükəsizlik rəisi Salah Əbu Şrah və İzaddin əl-Qəssam briqadasının komandiri Məhəmməd Vətfa Qəzzada İsrail Hərbi Hava Qüvvələrinin bombardmanı nəticəsində ölüblər.

 

- 2012-ci ilin noyabrında HƏMAS-ın hərbi qanadının komandiri Əhməd Cabari İsrail ordusunun əməliyyatı zamanı Qəzzada öldürülüb. O, Qəzza zolağından İsrail ərazisinə raket hücumlarına görə məsuliyyət daşıyırdı.

 

- 2023-cü ilin dekabrında Dəməşqdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı, uzun illər Suriyada hərbi məsləhətçi işləmiş Seyid Razi Musəvi (solda) İsrail Hərbi Hava Qüvvələrinin raket hücumu nəticəsində Dəməşqdə öldürülüb. Fotoda sağdakı isə SEPAH-ın generalı Qasim Süleymanidir. O, 2020-ci ilin yanvarında ABŞ tərəfindən öldürülüb.

 

- 2024-cü ilin aprelində İranın Dəməşqdəki konsulluğuna İsrailin hava hücumu zamanı SEPAH quru qüvvələrinin keçmiş komandanı Məhəmməd Rza Zahedi öldürülüb.

 

Modern Təhlil və Araşdırma Qrupu

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi