Modern.az

Qarabağ Universitetinin ixtisasları məlum oldu - SİYAHI

Qarabağ Universitetinin ixtisasları məlum oldu - SİYAHI

Təhsil

30 Noyabr 2023, 16:28

Qarabağ Universitetində ilkin dövrdə 4 fakültə olacaq.

 

Modern.az xəbər verir ki, bunu media üçün brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

 

O qeyd edib ki, universitetdə müəllimlik, texnologiya, beynəlxaq idarəetmə və humanitar fakültələrə tədris olunacaq.

 

"Növbəti illərdə ixtisaslar artırılacaq. Elmi fəaliyyət üçün şərait yaratmağı da planlaşdırırıq. Həm Azərbaycanda olan və uzun müddət xaricdə olan alimlərimiz bu işdə kömək olmaq üçün müraciət edirlər", - nazir deyib.

 

Emin Əmrullayevin sözlərinə görə, uniersitetdə 16 ixtisas tədris olunacaq. Universitetdə ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil, riyaziyyat müəllimliyi, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, informasiya texnologiyaları, kompüter elmləri, kompüter mühəndisliyi, qida mühəndisliyi, şəhərsalma, inşaat mühəndisliyi, beynəlxalq münasibətlər, regionşünaslıq, tarix, kommunikasiya və rəqəmsal media, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, iqtisadiyyat, maliyyə-marketinq, menecment, mühasibat, turizm işinin təşkili və turizm bələdçiliyi ixtisasları tədris olunacaq.

 

Nazir söyləyib ki, növbəti mərhələdə ixtisas seçimlərini sayı artırılacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi