Modern.az

Bəzi universitetlərin Qarabağda filialı AÇILACAQ

Bəzi universitetlərin Qarabağda filialı AÇILACAQ

Təhsil

30 Noyabr 2023, 17:23

Bəzi universitetlərin Qarabağda filiallarının açılması planlaşdırılır.
 

Bunu Modern.az-ın sualına cavab olaraq elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirilən brifinqdə deyib.
 

"Yerli universitetlərin filiallarının Qarabağda açılması ilə bağlı müəyyən planlar var".
 

Nazir qeyd edib ki, hələlik hansı universitet filialının Qarabağın hansı bölgəsində açılacağını demək tezdir.

E.Əmrullayev bu məsələyə 2025-ci ildən sonra aydınlıq gələcəyini söyləyib.

"Vaxtı gələndə həmin universitetlərin filialları və yeni universitetlər yaradılacaq".

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi