17 dekabr 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Atalar və övladlar - “Atamın qəbrinə görə icra başçısına etiraz etdim, bircə ziyalı səsimə səs vermədi” - Əli Kərimin oğlu  
Atalar və övladlar - “Atamın qəbrinə görə icra başçısına etiraz etdim, bircə ziyalı səsimə səs vermədi” - Əli Kərimin oğlu   +
14.11.2017, 16:12

Paşa Kərimov: “Onu vəsiyyətinə uyğun olaraq, şeir və musiqi sədaları altında dəfn etdilər”

Modern.az saytının “Atalar və övladlar” layihəsində tanınmış ziyalılar - elm, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimləri, eləcə də, ictimai, siyasi simalar onları böyüdüb, boya-başa çatdıran atalarının həyat hekayətini danışırlar. Bir növ, atalarının keçdiyi ömür yolunu xarakterizə edirlər. Təkcə yazının deyil, həm də fotoların diliylə...

Həmçinin, dünyadan köçmüş hər hansı tanınmış ziyalının övladı atası haqqında xatirələrini bölüşür. Bu dəfəki qonağımız kimi…


Layihəmizin növbəti qonağı mərhum şair Əli Kərimin oğlu, filologiya elmləri doktoru, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimovdur:

 

“İki sevgi”

-Əli Kərimin bu gün də sevilməyinin iki səbəbi var: birincisi, Əli Kərimin öz şəxsiyyəti; atam cəmi 38 il yaşadı. Amma onun vəfatından sonra  hədsiz sayda adamlarla rastlaşdım ki, onlar “mən Əli Kərimin ən yaxın dostuyam” dedilər. İnsanın bir-iki yaxın dostu ola bilər. Amma  “Əli Kərimin ən yaxın dostu mənəm, o birilər yox” deyən bir çox adamlar gördüm. Həmçinin, onların hər birindən özümə qarşı həddindən artıq səmimi münasibətin şahidi oldum. Məndə belə təəssürat yarandı ki, Əli Kərimdə də bunlara qarşı belə səmimi münasibət olub. Onda insanları özünə cəlb edən bir çox məqamlar var idi.
İkincisi, yaradıcılığı; onu görməyən adamlar təbii ki, Əli Kərimi yaradıcılığına görə dəyərləndirirlər. Onun ünvanına bir çox şeirlər yazılıb, hamısı da çox səmimi. Bu cür şeirlərin sayı həddindən artıq çoxdu. Əli Kərim bu mənada Azərbaycan poeziyasının digər nümayəndələri ilə müqayisəyə gəlmir.

Yeni dalğa… Axına qarşı

-O dövrün-ötən əsrin ortalarının-ədəbiyyatının üstündən xətt çəkmək istəmirəm. Əli Kərim də sözsüz ki, özündən əvvəl gələn ustadlardan çox şey öyrənib. Amma o şeyləri ki, yuxarı dairələrin, dövrün ədəbi diktəsinin tələbi ilə yazmaq olmazdı, Əli Kərim  məhz onları qələmə alardı…

Yaradıcılığında sosializm-realizmə uyğun yox, zidd gedən məqamlar var idi. Buna görə cəzalanma  olmasa da, çap prosesinə mınfi təsirini göstərən amillər yaranırdı.

Əli Kərim şeirlərində hər hansı möcüzənin axtarılması, klassik ədəbiyyatdan gələn təşbehlərin müasir dövrə uyğunlaşdırılması var. Bunlarla bərabər, başqa poetik yenilikləri də var idi ki, bunlar da Əli Kərimi həmin dövrün poeziyasında xüsusilə fərqləndirirdi. Bir şeirindən sitat:


“Külək qarı sovurur,
Yerdən Göyə yağır qar”.

Dövrünün ədəbi diktəsi elə idi ki, adicə qarı Göydən Yerə yağdırmaq belə, qeyri-adi qarşılanırdı…

Yaradıcılığında bax beləcə, çox azad adam idi. Elə bu cəhəti ilə də oxucuların diqqətini cəlb edirdi. Bu saat Əli Kərimin yaradıclığı ədəbiyyat tarixidir, çağdaş ədəbiyyat deyil. Ancaq biz istənilən şeiri oxuyanda onun yazıldığı dövrü də nəzərə almalıyıq. Yalnız bu zaman  həmin şeir müəllifinin dövrünə, müasirlərinə görə ədəbiyyata yeni nə gətirdiyini görə bilərik.

Əli Kərimin poeziyası məhz bu cəhətlərinə- yeniliklərinə, poetik kəşflərinə  görə oxunur, şəxsiyyəti də unudulmur.

Əli Kərimi incidən, narazı salan məqamlar  dövrünün bütün yaradıcı insanlarını incidirdi. Bu, ən birinci yaradıcılıq azadlığının olmaması idi; insan istədiyi şeyi yaza bilmirdi. Həmin dövrün poeziyasında da, nəsrində də yazıçı-şairlər nəyi yazmaq olmazı, nəyə toxunmaq olmazı yaxşı bilirdilər. Məcbur idilər ki, bununla barışsınlar. Başqa əlac yox idi.

Əzablar üzərindəki şair

-Sizə açığını deyim, Əli Kərimin maddi vəziyyəti heç  yaxşı olmayıb. Amma maddi sıxıntı onun yaradıcılığına qətiyyən mənfi təsir göstərmədi. Yaradıcılığında, yazı prosesində elə şeyləri vecinə alan adam deyildi. Odur ki, nə maddi sıxıntı, nə də xəstəlik onun yaradıcılığına təsir edə bildi. Yazı prosesində tam azad idi.

Elə adamlar var ki, maddi, sosial çətinlik çəkəndə daha yaxşı yazır, yaradıcılığa daha dərindən pərçimlənir. Əli Kərim də o adamlardan oldu..


Başdaşına dönən xatirələr…

-Əli Kərimlə bağlı daha çox xoş anları xatırlayıram. Onunla bağlı ən üzücü xatirə isə ölüm gününə aiddir. O zaman cəmi on yaşım vardı… O gün heç xəstəxanaya da getmədi. Çünki bizim ən kiçik qardaşımız, bir neçə il əvvəl vəfat etmiş Orxan çox balaca idi. Atam da deyirdi ki, “o, tək qalacaq, mənsiz yatmayacaq. Ona görə də mən getmək istəmirəm”.
Elə həmin gün də vəfat etdi.

Onunla bağlı xatirələr mənim üçün hər zaman  işıqlıdır. Əli Kərim yaradıcılığa qapanan adam olmasına baxmayaraq, övladlarına da çox vaxt ayırırdı. Bizimlə birlikdə oynayır, kinoya, teatra aparırdı. Yayda mütləq harasa dincəlməyə gedərdik- əsasən də Şimali Qafqaza…

Başqa vaxtlarda da həmçinin, müxtəlif yerlərə gedər, təbiətə tamaşa edərdik. Yadımdadır, bir dəfə Şimali Qafqazda istirahət edirdik. Atam yuxudan erkən durmağı çox sevirdi. İdmançı və çox sağlam idi. Yerli adamlardan fərqli olaraq soyuq havaya mayka ilə də çıxıb, idman edirdi. Soyuqdan heç qorxmazdı. Beş il Moskvada oxumuşdu. Özünün soyuq iqlimı uyğunlaşdırmışdı. Yerli əhali də atamın bu xarakterinə təəccüblə yanaşırdı.

Bəzi yerlərdə qəbiristanlıqlar gözəl ərazilərdə, mənzərəli yerlərdə, təbiət qoynunda salınır. Biz orada olanda  qəbiristanlığa da baş çəkdik. Başdaşıların hamısının üzərində kədərli misralar həkk olunmuşdu. Bir-bir onları oxuyurdum. Atam  isə onları sırf ədəbi mətn kimi oxuyur, qeydlər aparırdı. Qayıdanda da deyirdi ki, “filan qəbirdə necə təsirli sözlər yazılmışdı. Elə bil gözəl şeirin bir parçası idi”.

Bu hadisəni sonralar yenidən xatırladım. 1980-ci illərin sonunda erməni istilaçıları Azərbaycan əhalisini doğma yurd-yuvalarından qovurdular. Biz də Ədəbiyyat İnstitutundan bir yoldaşla getdik ki, görək, oradakı əlyazmalardan, folklor, tarixi materiallardan nəsə qalıbmı? Onsuz da yerli əhalini qovub, hər şeyi mənimsəyiblər, heç olmasa, bunları qoruyaq.  O zaman şəxsən mənə oradakı bir qəbiristanlıqda məzar daşlarına yazılan misralar çox təsir etdi. O qədər gözəl poetik nümunələr idi ki…
Çoxusu da bayatı formasında yazılmışdı. Mən həmin bayatıları köçürdüm. Bu mədəniyyəti mənə atam təlqin etmişdi; qəbirüstü yazılar ən vacib mətnlərdəndir.

Əli Kərim üçün ən böyük hədiyyə

-O zaman biz birinci sinifdə oxuyanda bir adət var idi, yəqin, indi də qalıb- birincilər onunculara, onlar da balacalara hədiyyə verib - hədiyyə alırdılar. Atam da hər zaman bizim məktəbimizlə çox ciddi maraqlanırdı. Evdən mənə çiçək aldılar ki, bir onuncuya verim. Onunculardan hər uşağın bəxtinə bir oyuncaq düşdü. Mənə isə üstü karandaşla yazılı bir kitab…
Kor-peşman evə gəldim. Atam soruşdu ki, bəs sənə nə verdilər? Dedim, hamıya təzə oyuncaqlar düşdü, mənə isə bu qaldı. Atam kitabı məndən alıb baxdı. Mən hələ kitabın üzünə də baxmamışdım. Atam o kitaba baxdı və oxumağa başladı. İnanın, kitabı bir həftə əlindən yerə qoymadı - Lev Tolstoyun hekayələr kitabı idi. Hərçənd Tolstoyu çox yaxşı oxumuşdu. Sonradan başa düşdüm ki, bəlkə də həmin birincilər arasında ən yaxşı hədiyyə elə mənə verilib, amma o zaman bunu anlamamışam. Atam bir həftə o hədiyyəni əlindən yerə qoymadı.  Kitaba münasibəti də mənə belə təlqin edirdi.


“Paşanın ilk uçuşu”

-Birinci sinifə getdiyim günü çox yaxşı xatırlayıram. Mərhum şair Cabir Novruzla qonşu idik. Hər iki ailə yarımzirzəmi şəraitdə yaşayırdı. Onun oğluyla yaşıd idik. Atam o günü çox həvəsli idi. Bir gün qabaq bərbərxanaya apardı, saçımı səliqəyə saldırdı, daha sonra isə məktəbli üçün lazım olan bir-iki ləvazimatı çox böyük ürəklə aldı. Məktəbə də özü gətirdi. Müəllimlərlə söhbətləşdi.  Sonralar bütün bunlarla bağlı “Paşanın ilk uçuşu” adlı gözəl şeir yazıldı.

Bir dəfə də məni dərsdən götürmək üçün məktəbə gəlmişdi. Axşamüstü idi... Gördüm ki, ağacın altında tək-tənha dayanıb. Dərin fikrə gedib. Elə bil, məni məktəbdən götürmək üçün yox, o cür fikrə dalmaq üçün bura gəlib. Mən “Paşanın ilk uçuşu” şeirini oxuyanda atamın həmin anda yaşadıqlarını anladım. Sən demə, o, o zaman  öz məktəb illərini, uşaqlığını yada salırdı. Uşaqlığına çox bağlı adam idi. “Mavi nəğmənin sahili” povesti və bir çox şeirlərində uşaqlığından maraqla bəhs edir.  Bir növ, öz uşaqlığı ilə yaşayırdı.  

Çörək ətirli xatirələr

-Bir dəfə Göyçaya  getmişdik. Orada həyətdə bir keçi gördü. Uşaqlar  keçi ilə oynayırdılar. Dedi ki, siz bunu qorxutmusunuz. Sonra öz uşaqlığından bir epizodu danışdı. Özünün də keçisinin olduğunu , onu necə sevdiyini dedi. Uşaqlar üçün yazdığı şeirlərin birində bu keçidən bəhs etmişdi. O yadına düşdü, çox kövrəldi.

Atası ilə bağlı yaxşı xatirələri vardı.  Bəzən, danışanda  gözləri yaşarardı. Atasını çox istəyirdi. “Atamın xatirəsinə” adlı şeirində yazırdı:

“Sevgisi də soyuq idi, təzə əkini hər bəladan hifz eləyən qalın qar kimi
”...

Qarın, buzun özünün də müdafiə etmək qabiliyyəti var. Atam babamın sərt xarakteri ilə yanaşı, mühafizəkarlığını qarla, buz arasındakı apardığı paralellikdə çox əks etdirmişdi. Yəni o, nə qədər sərt olsa da, yenə də övladlarını hifz edir,  qoruyurdu.

Övladına bircə dəfə can söyləməkdən, övladıyçün can vermək asandı ona”- tək bu misra ilə atasının xarakterini çox gözəl açmışdı. Babam dünyasını dəyişəndə son nəfəsinə gəlib çıxa bilməmişdi. O zaman sonuncu kursda idi, hər şey də indiki kimi asan deyildi, gəlib-çıxmaq çox çətin idi. Bu hadisə onu hər zaman çox kövrəldirdi.


“Mavi nəğmənin sahili” povestinə də atasının obrazını yaradıb. Babam faytonçu olub. İkinci Dünya Müharibəsi zamanı çörəyi faytona yükləyib cəbhəyə göndərilmək üçün   bir yerdən digər yerə aparırdı. Amma o qədər vicdanlı olub ki, həmin çörəklərdən heç zaman bircə dənəsini də evinə gətirməyib. Lakin çörək daşıdığna görə faytondan çörək iyi gələrmiş. Bu iy gəlməsin, yarıac-yarıtox uşaqlar bu iyi duymasın deyə, evə bir məhəllə qalmış faytonun qaplarını açar, qoxunu qovandan sonra evə gələrmiş.

İşsizliyin o üzündə

-“Azərbaycan” jurnalında 12 il işlədi. Uzun müddət şeir şöbəsinin müdiri oldu. Amma oradan işdən çıxandan sonra yaradıcılıq baxımından çox irəli getdi. “Heykəl və heykəlin qardaşı” və bir sıra şeir, poemalarını yazdı, nəzərdə tutduğu yaradıcı planları həyata keçirdi. Özü də özündən razı idi ki, oradan  çıxandan sonra daha çox işləyib. “Nə yaxşı ki, evdə  oturdum və bütün günü yazdım”. Bu faktı sizə dəqiq deyirəm.

Göyçaylılar...

-Atam dünyasını dəyişəndə Rəsul Rza onun dəfni ilə bağlı çox işlər gördü. Amma onların  dostluğu barədə az söz deyə bilərəm. Buna dostluq demək də doğru olmazdı. Birincisi, yaş fərqləri böyük idi.  Əli Kərimin özündən böyük yaşlılara dərin hörməti vardı. Bunların arasında Rəsul Rza da olub, Əhməd Cəmil də, başqaları da...

Rəsul Rza ilə aralarında məsafə saxlayırdı, ona yaxın dostdan çox, bir ağsaqqal kimi yanaşırdı.

Belə bir fikri vardı: hər kəsdən, küçədə gördüyün hər insandan, bağda gördüyün ağacdan da nəsə öyrənmək olar. Bu, Əli Kərimin prinsipi idi. Ona görə də, yaradıcılıq tərzini də qəbul etmədiyi şairlərdən nəsə öyrənmək istəyirdi. Rəsul Rza ilə cəmi bir neçə dəfə görüşdüyünü görmüşəm. Bir dəfə şeir gecəsində, məni də özü ilə aparmışdı. Orda Rəsul Rza, Vaqif İbrahimlə bir yerdə idik, maşınla gedib-qayıtdıq. Əli Kərim də Rəsul Rzanın bir çox tədbirlərinə qatılıb, o, deputat olanda bəzən, onunla birlikdə bölgələrə gedib. Yəni, aralarında bu cür həmrəylik olub.

Rəsul Rzanın xüsusi rolu Əli Kərimin ölümündən sonra oldu. Onun cənazəsinin Göyçaya aparılmasında, oradakı parkda dəfn olunmasında - hamısında Rəsul Rzanın əməyi var.


Şeirli, musiqili” vəsiyyət

-Vaqif küçəsi 30-da çox böyük həyətimiz vardı. Atam dünyasını dəyişəndə həmin həyətdə qələbəlik yaşandı; bütün yazıçılar, gənclər toplaşmışdılar. Əli Kərimin bir “Vəsiyyət” şeiri var,. deyir ki, “şeirlə musiqinin möcüzəsi ilə ayılmağa çox dəli bir ümidim var”. Bunu nəzərə alaraq, onun dostları bir jest etdilər: “Vəsiyyət” şeirini yuxarıda-ikinci mərtəbədə böyük aktyorumuz Yusif Vəliyev səsləndirdi, tarzən də ifa etdi. Bir növ, vəsiyyətini yerinə yetirdilər. Daha sonra isə dəfn etmək üçün Göyçaya apardıq.

HAŞİYƏ - Söhbətin bu yerində bir haşiyə çıxırıq. Bir müddət əvvəl Əli Kərimin Göyçaydakı parkda məzarının hasara alınması və heykəlinin yerinin dəyişilməsi barəsində yazılar gedirdi. Paşa müəllim də mətbuatda bu barədə etirazını bildirmişdi. Söz düşmüşkən elə o barədə də danışırıq:

“Mən ona görə şikayət də etdim, mətbuatda da danışdım. Bircə ziyalı da səsimə səs vermədi. Əvvəlcə icra başçısı ilə danışdım. Onların planı var idi ki, qəbrin yerini dəyişsinlər. İstəyirdilər ki, parkın ərazisini genişləndirib, orada atraksion qoysunlar. Mən özüm ona zəng vurub etiraz etdim. Dedilər, “bizə məlumat verilib ki, siz buna  etiraz etmirsiz”. Dedim, qəti etiraz edirəm! Amma yenə də öz fikirlərində qalıblar: qəbrin üstün örtüblər, Əli Kərimin parkın girişində olan heykəlini götürüb arxa tərəfə qoyublar. Bu barədə dəfələrlə şikayət elədim, mətbuatda da səsləndirdim. Amma heç bir ziyalıdan reaksiya görmədim...

Ədəbi estafet və Əli Kərim yadigarları

-İndi də sevinirəm ki, nə yaxşı ki, o zaman atamın yolunu davam etdirdim. Başqa ixtisasa yox, filologiyaya qəbul olundum. Doğrudur, mən şeir yazmıram, yaradıcılıqla məşğul olmuram, amma ədəbiyyat sahəsində atamın davamçısıyam. O, kənd yerindən gələn, Bakıda heç kəsi olmayan bir gənc idi. Universitetin Filologiya fakültəsinə qəbul olunmuşdu. Amma yataqxanada yer olmadığından, məcbur qalıb Teatr İnstitutuna getdi. Orada bir müddət oxuduqdan sonra ondakı istedadı görüb Moskvaya köçürdülər. 60-cı illərin Moskva ədəbi mühiti Əli Kərimi çox yetişdirdi. Xruşşovun hakimiyyətə gəldiyi ilk illər, nisbətən azadlıq qoxusu, nəfəs alan ədəbi ovqat... Bütün bunlar atamın ədəbi dünyagörüşünün formalaşmasına müsbət təsir etdi. Orada beş il oxudu və fərqlənmə diplomu ilə bitirdi. Təsəvvür edin, kənddən Bakıya gələn və burada qəbul olunmasına baxmayaraq, yataqxanada yer tapa bilmədiyi üçün oxuya bilməyən Əli Kərim Moskvada rus dilində fərqlənmə diplomu ilə bitirir. SSRİ-nin bütün dövlət mükafatlarını alan Yeqor İsayev Bakıya gələndə Əli Kərim haqqında xoş sözlər demişdi. Həmin ədəbi mühitdə o, Tvardovskini oxuyub, Pasternakı görmüşdü. O mühitin özünəməxsus əhval ruhiyyədi hər zaman Əli Kərimdə qaldı.


Mən də Filologiya fakültəsinə daxil olanda elə ilk olaraq bunu düşündüm- nə yaxşı ki, bundan sonra  atamın yolunu davam etdirəcəyəm.

Qardaşım Azər Kərimov hazırda Ankarada Bilkənd Universitetinin professorudur, riyaziyyatçıdır. Atam onun riyaziyyata olan marağını erkən görmüşdü və bunu çox dəyərləndirirdi. Azəri istedadına görə çox sevirdi. Azər də atamın bütün ümidlərini doğrultdu. Atamın ən yaxın dostlarından biri, görkəmli dramaturqumuz Altay Məmmədov  onun ölümündən sonra bizim ailəyə çox kömk etdi. O da çalışırdı ki, Azər həyatda öz yolunu doğru tapsın. Altay Məmmədov atamın bəlkə də ən yaxşı dostu oldu. Ölümündən sonra da bu dostluğa sadiq qaldı. Son nəfəsində atan haqqında xatirələrini yazandan sonra dünyasını dəyişdi. İndi mən onun oğlu ilə dostluq edirəm, həm də qonşuyuq.

Azər 8-ci sinifdə oxuyanda Moskva Dövlət Universitetinin fizika-riyaziyyat yönülmü   istedadlı uşaqların cəm olduğu akademik Kolmoqorovun məktəbinə getdi. 9-10-cu sinifləri orada oxudu, daha sonra Moskva Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirdi. Elə sovet dövründə Türkiyənin Bilkənd Universitetindən təklif aldı və ora getdi. Türk gənclərinin beynəlxalq riyaziyyat olimpiadalarında iştirakının əsas təşkilatçısı odur. Barəsində Türkiyənin “Milliyət” qəzetində çox yaxşı bir yazı yazıldı. Bir neçə il əvvəl  Türkiyə beynəlxalq riyaziyyat olimpiadasında çox yaxşı  yer tutmuşdu. Qəzet də əsas səbəbkar kimi Azəri göstərdi.


Qardaşımın oğlu da riyaziyyatçıdı. ABŞ-da doktorantura oxuyur. Mənim övladım da əmisinin yolu ilə getdi, mexanika-riyaziyyat fakültəsində oxudu. İndi görək, bəlkə bizim nəvələrdən kimsə, atamın yolunu davam edib, şair ola...

 

E.Nihad


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku
Aslan Kənan
14.11.2017, 16:32

Paşa bəy sizin də başqa şairlərin övladları kimi qəti açılmamış paranız, vəzifəniz olsa idi, həyatdan əsl vaxtsız getmiş, geniş oxucu kütləsinin yetim qoymuş atanıza şəhəri mərkəzində heykəl ucalar və yaşadığı evin qarşısında qiyməti bilinməyən baralyefini qoyardılar. qoyardılar.

Füzuli Hacıyev
15.11.2017, 08:57

Hə, Ata ilə bağlı bu misra uzun illərdir mənim dilimdən düşmür. Allah rəhmət eləsin.

Ağahüseyn Əzizov
15.11.2017, 12:06

...Bu yazını oxuyarkən gözlərim doldu. Əli Kərim bütün dövrlərin Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Hətta deyərdim ki, ən güclü şairidir. Onun yaradıcılığı tamam başqa aləmdir. Onun yaradıcılığı başqa hansısa şairimzin yaradıcılığıyla müqayisəyə gəlməz. Bir məqamı qeyd etmək istərdim: Məzarın yeri dəyişdirilərkən, heç bir ziyalının onun səsinə səs verməməsi... Bu faciədir... Axı bu siyasi bir məsələ deyil ki, yaxanı kənara çəkəsən, deyəsən ki, hakimiyyətə qarşı çıxdığıma görə məni təqib edəcəklər... Bilmirəm, yazıçı Anarın bu məsələdə rolu nədən ibarət olub. O da dəstək olmayıbsa, daha mənim sözüm yoxdur... Unudulmaz şairimizə Allahdan rəhmət, övladlarınasa möhkəm can sağlığı diləyirəm.

Ağahüseyn Əzizov
21.11.2017, 09:52

Təyyarələr enəndə, Qatarlar dayananda Məncə bitməyib səfər. Səfərdəsən yenə də... İnsan dünyaya bənzər- Səfərdədir əbədi. Məncə oturubsa da Bir daşın üzərində, Mənalı bir kitabı Vərəqləyirsə əgər, O yenə səfərdədir. Yuxulayanda hər axşam Yuxusu körpüdürsə, Günlə gün arasında Səfərdədir o adam. Hətta məzardadırsa, Xatirəsi dostlara Bir təpə aşmaq üçün Qüvvə verirsə əgər, O yenə səfərdədir... Mənzilə çox var hələ... Səfərdədir, yol gedir...

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Londonda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edildi - VİDEO
17.12.2018, 20:53

Londonda Azərbaycan Mədəniyyət Mərkəzi təsis edildi - VİDEO

Artıq çəki xərçəngin inkişafına səbəb olur
17.12.2018, 20:37

Artıq çəki xərçəngin inkişafına səbəb olur

Qurbanovdan Reynaldo açıqlaması
17.12.2018, 20:27

Qurbanovdan Reynaldo açıqlaması

“Azərbaycan İsraillə gömrük sahəsində əməkdaşlığa önəm verir”  -Səfər Mehdiyev
17.12.2018, 20:14

“Azərbaycan İsraillə gömrük sahəsində əməkdaşlığa önəm verir”  -Səfər Mehdiyev

Prezidentin kürəkəni istefa verdi
17.12.2018, 20:03

Prezidentin kürəkəni istefa verdi

Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın həbs edildi
17.12.2018, 19:23

Bakıda əxlaqsızlıq yuvaları təşkil edən qadın həbs edildi

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçiriləcək
17.12.2018, 19:10

Qara Qarayevin 100 illiyinə həsr olunmuş kamera konserti keçiriləcək

Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu
17.12.2018, 19:00

Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu

Qarabağda erməni əsgər minaya düşdü
17.12.2018, 18:31

Qarabağda erməni əsgər minaya düşdü

Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
17.12.2018, 18:28

Cəfər Cabbarlının 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Elektrik stansiyalarının təmirinə 30 milyon manat ayrıldı
17.12.2018, 18:25

Elektrik stansiyalarının təmirinə 30 milyon manat ayrıldı

Bakıda QANUNSUZLUQ - Vətəndaşın mülkünü darmadağın etdilər – FOTO + VİDEO  
17.12.2018, 18:20

Bakıda QANUNSUZLUQ - Vətəndaşın mülkünü darmadağın etdilər – FOTO + VİDEO  

İlham Əliyev Qətər Əmiri və müavinini təbrik etdi
17.12.2018, 18:14

İlham Əliyev Qətər Əmiri və müavinini təbrik etdi

Qaradağ və Səbailin bir hissəsi susuz qalacaq
17.12.2018, 17:55

Qaradağ və Səbailin bir hissəsi susuz qalacaq

“Nar” jurnalistləri bir araya topladı
17.12.2018, 17:51

“Nar” jurnalistləri bir araya topladı

İranlı general silahla ehtiyatsız davrandığına görə öldü
17.12.2018, 17:49

İranlı general silahla ehtiyatsız davrandığına görə öldü

Azərbaycanda doğum, ölüm, nikah və boşanmalar...
17.12.2018, 17:47

Azərbaycanda doğum, ölüm, nikah və boşanmalar...

Azərbaycanda ümumi daxili məhsul artıb   
17.12.2018, 17:42

Azərbaycanda ümumi daxili məhsul artıb  

Rusiyada 5 nəfər dəm qazından öldü: 3-ü ermənidir
17.12.2018, 17:29

Rusiyada 5 nəfər dəm qazından öldü: 3-ü ermənidir

Çilinin Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin olundu
17.12.2018, 17:28

Çilinin Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin olundu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
17.12.2018, 17:11

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Koçaryanın Paşinyana qarşı iddiası təmin olunmadı
17.12.2018, 17:08

Koçaryanın Paşinyana qarşı iddiası təmin olunmadı

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir
17.12.2018, 17:01

Bakcell karyera qurmaqda tələbələrə dəstək göstərir

AvroLiqada 1/16 finalın püşkatması - “Fənərbaxça” və “Qalatasaray”ın RƏQİBLƏRİ   
17.12.2018, 16:55

AvroLiqada 1/16 finalın püşkatması - “Fənərbaxça” və “Qalatasaray”ın RƏQİBLƏRİ  

Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüldü
17.12.2018, 16:43

Rusiyada 17 yaşlı azərbaycanlı qız öldürüldü

Qusarda yolu keçən piyadanı avtomobil vurub öldürdü
17.12.2018, 16:38

Qusarda yolu keçən piyadanı avtomobil vurub öldürdü

İnam Kərimov yeni sədr təyin etdi
17.12.2018, 16:29

İnam Kərimov yeni sədr təyin etdi

Reynaldo “Qarabağ”a qayıtdı - FOTO
17.12.2018, 16:25

Reynaldo “Qarabağ”a qayıtdı - FOTO

Azercell xidmət keyfiyyətini artırır
17.12.2018, 16:12

Azercell xidmət keyfiyyətini artırır

Könül Kərimovaya qarşı dələduzluq edən qadına hökm oxundu
17.12.2018, 16:04

Könül Kərimovaya qarşı dələduzluq edən qadına hökm oxundu

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - CÜTLÜKLƏR
17.12.2018, 15:45

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı - CÜTLÜKLƏR

Prezident Mingəçevirə icra başçısı təyin etdi - FOTO
17.12.2018, 15:43

Prezident Mingəçevirə icra başçısı təyin etdi - FOTO

ADU və İndoneziya Universiteti arasında memorandum imzalandı
17.12.2018, 15:40

ADU və İndoneziya Universiteti arasında memorandum imzalandı

Nərmin Şahmarzadə Mübariz İbrahimovun ailəsindən üzr istədi - VİDEO
17.12.2018, 15:36

Nərmin Şahmarzadə Mübariz İbrahimovun ailəsindən üzr istədi - VİDEO

Nazir: “Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün 4 prinsipə əsaslanacağıq”
17.12.2018, 15:26

Nazir: “Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün 4 prinsipə əsaslanacağıq”

Onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır - Əli Həsənovdan SƏRT ÇIXIŞ   
17.12.2018, 15:20

Onlara kim olduqlarını, əsl yerlərini göstərmək lazımdır - Əli Həsənovdan SƏRT ÇIXIŞ  

İlham Əliyevdən ANONS: “Azərbaycana ən müasir silahlar gətiriləcək”
17.12.2018, 15:18

İlham Əliyevdən ANONS: Azərbaycana ən müasir silahlar gətiriləcək

Alimlərə veriləcək torpaq sahəsində tikintiyə icazə verilməyəcək
17.12.2018, 15:14

Alimlərə veriləcək torpaq sahəsində tikintiyə icazə verilməyəcək

Prezident şəhid vərəsələrinə verilən ödəmədən DANIŞDI: “Ədalət prinsipi əsas olmalıdır!”
17.12.2018, 14:48

Prezident şəhid vərəsələrinə verilən ödəmədən DANIŞDI: “Ədalət prinsipi əsas olmalıdır!”

76 dövlət əmlakı hərraca çıxarılır
17.12.2018, 14:43

76 dövlət əmlakı hərraca çıxarılır

Milli komandaya əcnəbi baş məşqçi gətirilir
17.12.2018, 14:37

Milli komandaya əcnəbi baş məşqçi gətirilir

Saxta 100 manatla benzin doldurmaq istəyən şəxs tutuldu
17.12.2018, 14:31

Saxta 100 manatla benzin doldurmaq istəyən şəxs tutuldu

Şəhid qızının türk millət vəkilinə cavabı - FOTO   
17.12.2018, 14:29

Şəhid qızının türk millət vəkilinə cavabı - FOTO  

Azərbaycan və İran gömrükçüləri görüşdü
17.12.2018, 14:05

Azərbaycan və İran gömrükçüləri görüşdü

“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir”
17.12.2018, 14:00

“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ diqqət mərkəzindədir”

“Rusiya Ukrayna ilə müharibə etməyə hazırlaşmır” – Lavrov
17.12.2018, 13:57

“Rusiya Ukrayna ilə müharibə etməyə hazırlaşmır” – Lavrov

Ermənilər Ermənistandan və Qarabağdan qaçırlar - “Elə kəndlər var ki, ancaq yaşlı adamlar qalıb”
17.12.2018, 13:43

Ermənilər Ermənistandan və Qarabağdan qaçırlar - “Elə kəndlər var ki, ancaq yaşlı adamlar qalıb”

Qubadlı köçkünlərinin mal-qarasına baytarlıq baxışı keçirilib
17.12.2018, 13:29

Qubadlı köçkünlərinin mal-qarasına baytarlıq baxışı keçirilib

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTOLAR   
17.12.2018, 13:27

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTOLAR  

Bəzi restoranlar insan ölümünə səbəb olur – RƏSMİ
17.12.2018, 13:21

Bəzi restoranlar insan ölümünə səbəb olur – RƏSMİ

ARXİV