Modern.az

Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı Soyqırımı anıldı - FOTOLAR

Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı Soyqırımı anıldı - FOTOLAR

Aktual

23 Fevral 2019, 11:52

Türkiyənin Azərbaycandakı səfirliyində, Xocalı Soyqırımının 27-ci ildönümünə həsr olunan tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyi və Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən təşkil edilən tədbirdə səfir Erkan Özoral, Şimali Kipr Türk Cümhuriyyəti Bakı təmsilçisi Ufuk Turganer, azərbaycanlı deputatlae, akamediklər, iş adamları, türk qurumlarının təmsilçiləti dəvət edilib.

 

1 dəqiqəlik sükutla şəhidlərin anılması ilə başlayan tədbirdə danışan səfir Erkan Özoral deyib ki, Xocalı Qətliamının yaşandığı 26 fevral əsla unudulmamalıdır.

 “Tarixdəki yaxşı günlər kimi pis günlərə də sahiblənələrək bunların bir daha təkrarlanmaması üçün nələr edilməsinə diqqət etmək lazımdı. Türkiyə və Azərbaycan acısını da, kədərini də birlilkdə paylaşaraq lazımi dərsləri birlikdə çıxarmalıdır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi