Modern.az

Bizə deyirlər ki, gedin, azərbaycanlıları inandırın - Arayik

Bizə deyirlər ki, gedin, azərbaycanlıları inandırın - Arayik

4 İyul 2023, 11:04

Azərbaycan deyir ki, masaya oturmaq üçün ilk növbədə silahlı erməni dəstələri Qarabağdan çıxarılmalıdır. 


Modern.az xəbər verir ki, bunu erməni separatçılarının başçısı Arayik Arutyunyan deyib.

 

O, Bakının danışıqlar üçün bir sıra şərtlər irəli sürdüyünü söyləyib.


“Bakı yalnız bir mövzunu müzakirə edir: inteqrasiya. İkinci mövzu müzakirə olunmur. Bəziləri bizə deyir, gedin, onları inandırın, müzakirə edin. Azərbaycan deyir ki, masa arxasına oturmaq üçün birinci “özünümüdafiə ordusu” buraxılmalıdır”,- Arayik deyib.


Baş separatçı Azərbaycanın təkliflərini qəbul etməyərək, "müqavimət" göstərəcəklərini vurğulayıb.


“Sonrakı ardıcıllıq belə olacaq: ordunu dağıdırıq, “dövlət idarəetmə” sistemini dağıdırıq, bələdiyyə seçkiləri mexanizmi yaradırıq, bundan sonra qaz, işıq verilir və Azərbaycan vətəndaşı kimi avtomobil yolu ilə gedə bilirik. Bizim edəcəyimiz iki iş var: özünümüdafiə və müqaviməti artırmaq”,- o qeyd edib.

Bu xəbər ilə bağlı
Arayik Putinə məktub yazdı, yeni təxribatların anonsunu verdi
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri