Modern.az

Azad Vətən Partiyası növbədənkənar qurultay keçirdi

Azad Vətən Partiyası növbədənkənar qurultay keçirdi

Aktual

30 Sentyabr 2023, 16:28

Bu gün Azad Vətən Partiyasının (AzVP) II (növbədənkənar) qurultayı keçirilib.

Partiyadan Modern.az-a bildirilib ki, qurultayda 35 rayon təşkilatından pandemiya məhdudiyyətlərinin hələ də qalması ilə bağlı əyani və onlayn qaydada seçilmiş 115 nümayəndədən 107 nəfər iştirak edib. Qurultay Azərbaycanın dövlət himninin oxunuşu və Şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. Partiya sədri qurultayı açıq elan edib, gündəlik təsdiq olunub.

Qurultayda partiya üzvlərinin reyestrinin Ədliyyə Nazirliyi tərəfindən yoxlanılmasının nəticələrinə uyğun olaraq və “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərini nəzərə almaqla partiyanın Nizamnamə və Proqramına dəyişiklik  və əlavələrin edilməsi, partiya bayrağında simvolların dəyişdirilməsi, hazırkı vəziyyət və partiyanın vəzifələri, həmçinin digər məsələlər müzakirə edilib, uyğun qərarlar qəbul olunub.

Partiyanın Siyasi şurasının sədri Novruz Novruzbəyli Nizamnaməyə, sədr Akif Nağı Proqrama təkif olunan dəyişiklik və əlavələrə dair məlumat veriblər. Sonra partiya sədri Akif Nağı hazırkı vəziyyət və partiya üzvlərinin vəzifələrinə dair geniş məruzə ilə çıxış edib. Müzakirələrdə Barat İmani, Əkbər Rüstəmov, Əminə Cabbarova, Sevinc Axundova, Novruz Əliyev (İmişli), Tağı Süleymanoğlu, Mürsəl Həsənov (Xocavəndli), Gəray Əsədov (Bərdə), Zaur Ələkbərov (Cəlilabad), Olqa Babayeva (Samux), Asif Əliyev (Ağdam), Afiq Axundov, Məmməd Sarıyev (Mingəçevir), Məhəmmədəli Quliyev (Sumqayıt) və digərləri iştirak edərək münasibətlərini bildirib. Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev, Şəhid atası, Qarabağ döyüşçüsü Əkbər Rüstəmov, Qarabağ Qazisi Firidun Məmmədov qurultaya təbrik çıxışları ediblər. Sonda uyğun sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunmasına dair qərar qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok