Modern.az

Ermənistan 3 milyon dollar qrant aldı

Ermənistan 3 milyon dollar qrant aldı

23 May 2024, 10:24

Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan və Asiya İnkişaf Bankının (AİB) rezident nümayəndəsi Don Lambert çərşənbə qrant sazişi imzalayıblar.

Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yaponiya Asiya-Sakit Okean Rifah və Dayanıqlıq Fondu tərəfindən təklif edilən 3 milyon dollarlıq qrant Ermənistan hökumətinə kənd təsərrüfatının dolanışıq imkanlarını genişləndirmək və iqlim təsirlərinə çox həssas olan kənd ərazilərində ərzaq təhlükəsizliyini yaxşılaşdırmaq üçün dəstək verəcək.

İqlim adaptasiyası üzrə ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması proqramı Şirak və Tavuş bölgələrinə yönəldiləcək.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU