Modern.az

Maştağada avtomobil yol kənarındakı maşınlara çırpılıb - Xəsarət alanlar var

Maştağada avtomobil yol kənarındakı maşınlara çırpılıb - Xəsarət alanlar var

Aktual

18 İyun 2024, 12:48

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib.

Modern.az Apa-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. "BMW" markalı avtomobil idarəetməni itirirək bir neçə avtomobillə toqquşub.

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 1994-cü il təvəllüdlü Məmmədşah Zeynalovun idarə etdiyi BMW marikalı avtomobil idarəetməni itirirək yolun kənarında dayanan "Mercedes", "Chevrolet" və "VAZ" markalı avtomobillərə çırpılıb.

Nəticədə ikisi azyaşlı olmaqla ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı