Modern.az

Normal insanı terrorçuya çevirən “iynə” - “Deyirlər ki, sən cənnətə düşəcəksən”

Normal insanı terrorçuya çevirən “iynə” - “Deyirlər ki, sən cənnətə düşəcəksən”

Analitika

27 Fevral 2023, 09:46

Çağdaş dövrdə terror bir çox dövlətin təhlükəsizliyinə əsas təhdid hesab olunur. 1990-ci illərdən başlayaraq bu problemlər beynəlxalq münasibətlərdə müzakirə səviyyəsinə görə artıq ilk yerlərdən birini tutur. SSRİ-nin dağılması prosesinə kimi dünya ictimaiyyətinin ən çox diqqət yetirdiyi məsələ soyuq müharibə və nüvə təhlükəsi idisə, bundan sonra dünya artıq daha təhlükəli bir problemlə - “beynəlxalq terrorizm”lə üz-üzə qaldı.

 

Dövlətlər terrorçulara qarşı ciddi mübarizə aparır, terrorçular məhv edilir, sığınacaqları dağıdılır. Ancaq terror yox olmur. Terrorçular insan tələfatı ilə nəticələnən hücumlar həyata keçirir, insanlara psixoloji təzyiq göstərir, yenidən bərpası bəzən mümkün olmayan maddi və mənəvi dəyərləri məhv edir. Qısaca, terrorçu məhv edilir, amma terror yox olmur.

 

Terror təşkilatları yeni üzvlər cəlb edir, insanlar terrorun mahiyyətini başa düşür, ancaq yenə də terror təşkilatlarına üzv olur. Niyə bir qrup insan terror qruplaşmalarına könüllü üzv olur, bunun öncədən qarşısını necə almaq olar?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham ismayıl bildirib ki, terrorun bir sıra növləri var:

 

“Milli, dini, irqi zəmində terror aktları törədilə bilər. Hazırda dini terror geniş yayılıb. Radikal dini qruplaşmalar, təşkilatlar var. Belə qrupların Azərbaycanda da nümayəndələri az deyil. İnsanların beyinlərini dini ideologiya ilə yuyurlar. Beyinlərini yuduqları insanları dövlətə, dövlət quruluşuna təzyiq etməyə yönləndirirlər. İrandakı kimi şəriət dövlətinin qurulmasını hədəfləyirlər. Ortada məzhəbçilik meyilləri də olur. Şiədirsə vəhhabilərə qarşı, vəhhabidirsə şiələrə qarşı olurlar”.

 

Təhlükəsizlik eksperti insanların necə tora salındığından da izah edib:

 

“Bu insanların beyni yuyulur. Onlar bir-iki dəfə söhbətlərə dəvət olunurlar. Əgər hansısa radikal adamın çıxılmaz halda olduğunu görürlərsə, onu pulla ələ alırlar. Onun bu və ya digər problemlərini həll edirlər. Onları cənnətlə “müjdələyirlər”, deyirlər ki, sən bu  terroru törətsən, cənnətə düşəcəksən. Bəzilərini iynə vurub yatızdırır, daha sonra başqa yerdə oyadırlar. Bu  yer çox gözəl və ətrafı qızlarla dolu olur. Deyirlər ki, artıq sən cənnətdəsən. Həmin adamın xoşuna gəlir. 1 saatdan sonra bir iynə də vururlar və əvvəlki öz yerində oyadırlar. Deyirlər ki, “gördün cənnəti” sən ora düşəcəksən. Bunun üçün get filan yeri partlat”.

 

 

Bəs insanların belə təşkilatlara qoşulmasının qaşısını almaq üçün hansı proflaktik tədbirlər görmək olar?

 

İ.İsmayıl suala cavabında deyib: “Din həsas məsələdir. Allah və peyğəmbərin adından danışırlar. Dövlət də dinə qarışmır. Ancaq Allahdan, peyğəmbərdən danışanlar sonradan  "Azərbaycanda kərimə dövləti yaradılmalıdır" deməyə başlayırlar. Xüsusi xidmət  orqanları bu məsələnin qarşısının alınmasında aktiv olmalıdır. Dini camiə var.  Həmin camiə içərisində əməliyyat tədbirləri görülməlidir. Bununla məlumat əldə oluna bilir. İnformasiya alındıqda isə bu və ya digər şəkildə  camiənin əlamətləri üzə çıxır. Üzə çıxır ki, məqsəd  sırf dini təbliğatdır, yoxsa bunun arxasında başqa məqsədlər dayanır. Dövlətin quruluşunu pozmaq məqsədi daşıyırsa, onu elə beşiyindəcə pozmaq lazımdır. Genişlənəndə təşkilatlanırlar.

 

Məsələn, İŞİD hələ yaranmamış Sumqayıtda, Bakı kəndlərində və bəzi bölgələrdə elə təbliğat getmişdi ki, terrorçu qruplaşma faliyyətə başlayanda Azərbaycandan 950 nəfər ona qoşuldu. Bu az rəqəm deyil. Bu gün də elə proses gedir. Beyinləri yuyulanların tör-töküntüləri hələ də mövcuddur. DTX-nin bir müddət əvvəl həyata keçirdiyi əməliyyat bunu sübut edir. Sən demə bunların müsahibləri belə varmış. Bu istiqamətdə proflaktik cəhətdən vaxtilə hüquq-mühafizə orqanları, Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi zəif hərəkət etdiklərinə görə, onlar budaqlanıblar artıblar. İndi onlara qarşı tədbirlər sərtləşdirilib. Onların Azərbaycanda açıq şəkildə fəaliyyət göstərməsi mümkün deyil. Gizli fəaliyyət göstərənlər də zaman-zaman  üzə çıxarılır. Burada fəaliyyət göstərə bilməyənlər üzünü İrana, yaxud digər İslam dövlətlərinə tuturlar. Burada iki üsulla getmək lazımdır. Maarifləndirmə bəzən beyni yuyulmuş insanlara təsir etmir. Onlar deyilənləri qəbul etmirlər. Beyinləri “kərimə dövlətinə”, şəriət idarəçiliyinə köklənib. O adamları cəzalandırmaq lazımdır. Yerdə qalan insanların da cəlb edilməməsi üçün maarifləndirmə işləri aparılmalıdır. Maarifləndirmə işləri Quranın hansısa ayələrini danışmaqla aparılmamalıdır. Televiziyada şaban ayının fəzilətlərindən danışırlar. Bunlardan danışmaq lazım deyil. Əksinə demək lazımdır ki, İŞİD-ə 950 nəfər qoşuldu. Vuruşanlar öldülər. Onların arvadları İraqda həbsdədirlər. Kim onlara qoşulsa onların da arvadları xaricdə tutulacaq, uşaqları çöllərdə qalacaq. Burada yaşayanları da biz həbs edəcəyik. Maarifləndirmə bu cür aparılmalıdır. Məsələnin reallıqda mənfi təsirlərini göstərmək lazımdır. Əsas profaktika cəzalandırma olmalıdır. Bu cəzanın da nümunəsini göstərmək lazımdır. Əks halda beyni yuyulmuş insanlar geri çəkilmir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır