Fransa prezidenti Nikola Sarkozi bu gün erməni icmasının nümayəndələri ilə görüşü olacaq.
Modern.az erməni KİV-lərinə istinadən bildirir ki, bu barədə “Daşnaksütyun” partiyasının rəhbəri Kiro Manoyan bəyan edib. O deyib ki, görüşdə Frans aSenatının qəbul etdiyi qanun müzakirə ediləcək. Hazırda qanun Konstitutsiya Şurasında müzakirə edilir.
Manoyan deyib ki, erməni icması Konstitutsiya Şurasının “düzgün qərar qəbul etməsi üçün” mümkün olan bütün vasitəlrdən istifadə edəcək.
Manoyan həmçinin 70-ə yaxın Fransalı deputatın Konstitutsiya Şurasına müraciətindən narahatlığını ifadə edib. “Ermənistan hakimiyyəti bu senatorların müraciətini lazımi qaydada şərh etmədilər, Senatın qəbul etdiyi qanunu isə öz siyasətlərini bəhrəsi kimi qələmə verdilər”-deyə Manoyan vurğulayıb.
X. SƏFƏROĞLU