Modern.az

TürkPA-nın nümayəndə heyəti ATƏT-in 2012-ci il konfransında iştirak edəcək

TürkPA-nın nümayəndə heyəti ATƏT-in 2012-ci il konfransında iştirak edəcək

Aktual

9 Fevral 2012, 17:51

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 13-14-də Tailandın Çianqmay şəhərində səfərdə olacaq. 
TürkPA Katibliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti ATƏT-in “Regional əməkdaşlıq vasitəsilə təhlükəsizliyin gücləndirilməsi” mövzusunda keçiriləcək 2012-ci il Tailand Konfransında iştirak edəcək.
R.Həsənovun konfransda “Asiyada təhlükəsizlik problemləri” mövzusunda çıxış edəcəyi, bir sıra ölkələrin səfirləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Moskvada gərgin anlar - Fövqəladə vəziyyət elan edildi