Modern.az

Milli Ordunun 7 əsgəri yaralanıb

Milli Ordunun 7 əsgəri yaralanıb

Aktual

27 Fevral 2012, 11:14

Tərtər rayonu ərazisində Milli Ordunun hərbçilərini daşıyan maşın qəzaya uğrayıb. Hadisə fevralın 24-də baş verib, nəticədə 7 hərbçi xəsarət alıb.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə baş verən kimi Bakıdan tibbi heyət göndərilib, yaralananların vəziyyəti nəzarətə götürülüb. Xəsarət alan əsgərlər Silahlı Qüvvələrin Bakıdakı Klinik Hospitalına gətiriliblər, yaralılara tibbi yardım göstərilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirlib ki, yaralı əsgərlərin vəziyyəti kafidir, onların həyatına təhlükə yoxdur.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!