Modern.az

Qənirə Paşayeva Konya Universitetində

Qənirə Paşayeva Konya Universitetində

Aktual

2 Mart 2012, 15:50

Türkiyənin Konya Universitetində Xocalı Soyqırımın 20-ci ildönümü ilə əlaqədar konfrans təşkil edilib. 

Modern.az-ın məlumatına görə, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndikdən sonra konfrans Xocalı Soyqırımı ilə bağlı filmin nümayişi ilə başlayıb.

Konfransda iştirak edən Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva öz çıxışında Xocalı Soyqırımı, Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, soyqırımlar, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verdi. Xocalı Soyqırımını son yüzilliyin ən dəhşətli soyqırımlarından biri olduğunu qeyd edən millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu vurğuladı və əlavə etdi ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır: “İsmayıl Qaspiralının dediyi kimi, “Dildə birlik, fikirdə birlik olmalıdır”və biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Xocalı Soyqırımı və Dağlıq Qarabağ problemi yalnız bizim deyil, bütün türklərin problemidir.

Konfransda çıxış edənlər vurğulayıblar ki, bu il dünyanın bir çox ölkəsində, xüsusilə Türkiyədə keçirilmiş konfranslar, yürüş-mitinqlər və anma mərasimləri yalan “soyqırımı” təbliğatı aparan ermənilərə layiqli cavab olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı