Parlament Jurnalistləri Birliyinin üzvü Mübariz Aslanovun 30 yaşı tamam olub. Mübariz Zakir oğlu Aslanov 1982-ci il martın 10-da Beyləqan rayonu İkinci Aşıqlı kəndində anadan olub. 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psioxologiya fakültəsində oxuyub, magistr dərəcəsi alıb. Hazırda aspirantdır.
Həmkarımız 2009- cu ildən “Azadinform” İnformasiya agentliyində çalışır. Bununla yanaşı o, lent.az saytında da sosial arasdırmalarla çıxış edir.
Parlament Jurnalistləri Birliyi M.Aslanovu 30 yaşının tamam olması münasibətilə təbrik edir, ona həyatda və iş fəaliyyətində yeni uğurlar arzulayır.