Modern.az

12 martın hava PROQNOZu

12 martın hava PROQNOZu

Aktual

12 Mart 2012, 01:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə martın 12-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraiti fasilələrlə yağıntılı olacaq. Sulu qar, qar yağacağı gözlənilir.
Temperaturun Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 5-10 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa,Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər saatlarında duman olacaq. Temperaturun gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında havaların gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında duman olacaq.
Temperaturun gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz,Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Temperatur gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş,Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın yağıntılı olacağı, qar, sulu qar yağacağı gözlənilir. Gündüz qərb rayonlarından başlayaraq tədricən kəsiləcək.
Temperaturun gecə 0-5 dərəc şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı,Lerik, Lənkəran, Astara rayonlarında havanın arabir yağıntılı olacağı, qar, sulu qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaq.
Temperaturun gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 0-4 dərəcəyədək isti olacağı gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı