Modern.az

Elçibəyin keçmiş mühafizəçisi Əfşar Süleymanini döyüb

Elçibəyin keçmiş mühafizəçisi Əfşar Süleymanini döyüb

Aktual

20 Mart 2012, 22:59

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani son vaxtlar öz davranışları ilə insident yaradır. Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zamanında baş nazir işləmiş Pənah Hüseynlə ANS telekanalındakı debatda insident yaşayan Əfşar Süleymani indi də eks-prezident Əbülfəz Elçibəyin keçmiş mühafizəçisi ilə dava-dalaşa tuş gəlib. Konkret desək, Əfşar Süleymani döyülüb.

Bu barədə Modern.az saytına keçmiş mühafizəçi Azad Adıgözəlli özü məlumat verib.
O, qeyd edib ki, Əfşar Süleymani bir məclisdə Türkiyənin qurucusu Kamal Atatürkü təhqir edib:

“Düzünü deyim ki, buna qədər Əfşar Süleymani ilə münasibətlərimiz az qala dostluq həddində idi. Ancaq Atatürkün ünvanına elə ifadələr işlətdi ki, mən özümü eşitməzliyə vura bilmədim. Hətta araya girənlər olmasaydı inanıram ki, o, indi həyatda olamayacaqdı”.

Azad Adıgözəlli bildirib ki, Əfşar Süleymaninin Atatürk barədə dediklərini onun üzünə təkzib etdirəcək: “Elə məsələlər var ki, orada biganəlik göstərmək olmaz. Mən Əfşar Süleymaniyə dediklərini mütləq təkzib etdirəcəm”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı