Modern.az

Azərbaycanda turistlərin ən çox maraqlandığı rayon

Azərbaycanda turistlərin ən çox maraqlandığı rayon

Aktual

21 Mart 2012, 18:20


Novruz bayramı ilə əlaqədər 1 həftə istirahət günü verilib. Bu fürsətdən istifadə edib istirahət üçün Azərbaycanın rayonlarına və xarici ölkələrə üz tutanlar var.

Özəl turzim şirkətlərindən Modern.az saytına bildirilib ki,  belə sahəyahətlər üçün müraciətlər az deyil:

“Qəbələ Tour” turizm şirkətinin mətbuat xidmətindən bildiriblər ki, zəng edənlər daha çox Qəbələ ilə maraqlanıblar:

“Qəbələdə istirahətin bir günü 70 manatdır. Bir həftəlik dincəlmək üçün isə 200-400 xərcləmək lazım gəlir. Lənkəran-Astara zonasında da istirahət etmək istəyənlər az deyil. Zəng edənlərin 70%-i Qəbələ haqqında, 30%-i isə Lənkəran-Astara zonası ilə maraqlanırlar”.

“Atlas Travel” turizm şirkətinin mətbuat xidmətindən bildiriblər ki, daxili turizm üçün daha çox Şəki, Qəbələ və Quba üçün müraciət olunur:

“Bu zonalarda minimum bir günlük istirahət 23-24 manat, iki günlük 65 manat, üç günlük isə 99 manata başa gəlir. Bundan başqa, xaricə səfər edənlər də az deyil. Əsasən Türkiyə və Dubay üçün müraciət olunur. İstanbulda 4-5 gecəlik istirahət 400-420 manata başa gəlir. Dubaya isə ən aşağı qiymət 400 manatdan başlayır”.

“Paşa Travel” turizm şirkətinin mətbuat xidmətindən deyiblər ki, şirkətə daha çox Qəbələdə istirahət üçün müraciət olunur. Qəbələdə yerləşən beşulduz oteldə 1 gün istirahət etmək 70 manata başa gəlir. Bura yemək və transfer də daxildi”.

“Turan Travel” turizm şirkəti daha çox xarici turizimlə məşğul olur. Bu şirkətə də daha çox Türkiyə və Dubay üçün müraciət olunur. Şirkətin mətbuat xidmətindən bildiriblər ki, yerlərə görə qiymətlər müxtəlifdir:

“Türkiyədə büşulduzlu otellərdə istirahət 300, 500 və 800 dollar arasında dəyişir. Bu ölkədə bir günlük minimum istirahətin qiyməti 31 manatdır. Dubayda isə elə yer var ki, orada istirahətin 1 günü 4000-5000 manata başa gəlir”.

“Golden Tour” turizm şirkətinə daha çox Qəbələ, Lerik və Lahıcda istirahət etmək üçün müraciət olunur. Bunu şirkətin mətbuat xidmətindən bildiriblər:

“Daha qədim, daha maraqlı olduğu üçün bu zonalara üstünlük verilir. Qəbələdə bir günlük istirahət minimum 80 manata, 1 həftəlik istirahət isə 350-500 manat başa gəlir. Lerik və Lahıcda isə bir həftəlik istirahət 200-250 manat arasında dəyişir”.

Xarici ölkələrdə istirahət etmək istəyənlər bu şirkətdən daha çox  İtaliya, Türkiyə və Dubay haqqında maraqlanırlar.

“ Oteldən asılı olaraq Türkiyə və Dubayda minium istirahət 500 dollara başa gəlir. İtaliyada 1 həftə istirahət isə 1000 avroya başa gəlir. Yemək, transfer, qalmaq bura daxildir”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı