Modern.az

Azərbaycan deputatı Gürcüstandakı Novruz şənliklərində iştirak edib - FOTO

Azərbaycan deputatı Gürcüstandakı Novruz şənliklərində iştirak edib - FOTO

Aktual

21 Mart 2012, 18:34

Martın 21-də Gürcüstanın Marneuli rayonunda Novruz bayramı münasibəti ilə möhtəşəm şənliklər keçirilib. Novruz şənliklərində Gürcüstan daxili işlər naziri Vano Merabişvili, Gürcüstan parlamentinin sədr müavini, “Vahid Milli Hərəkat” partiyasının sədri Mixail Maçavariani, Azərbaycanın Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Kvemo-Kartli bölgə qubernatoru David Kirkitadze, Marneuli rayon icra başçısı Zaza Dekonoidze və Kvemo-Kartlinin 7 rayonunda kompakt yaşayan azərbaycanlı və gürcü sakinləri və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə Mixail Maçavariani və Qənirə Paşayeva Marneulidəki Nəriman Nərimanov adına parkda təşkil edilən Novruzun atributu olan tonqalı alovlandırıblar. Sonra Gürcüstan parlamentinin sədr müavini, “Vahid Milli Hərəkat” partiyasının sədri Mixail Maçavariani və Azərbaycan Milli Məclisinin üzvü Qənirə Paşayeva Novruz bayramı münasibəti ilə Gürcüstanda yaşayan azərbaycanlıları təbrik ediblər.

Mixail Maçavariani Gürcüstan prezidenti Mixail Saakaşvilinin xaricdə səfərdə olduğunu bildirib və onun adından Azərbaycan xalqını, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlıları səmimi sözlərlə təbrik edib.
Qənirə Paşayeva çıxışında Novruz bayramını dövlət bayramı elan etməsinə görə Gürcüstan prezidentinə xüsusi təşəkkürünü bildirib və Azərbaycan və Gürcüstan dostluğunun həmişə inkişaf etdiyini, hər iki dövləti xoş gələcək gözlədiyini qeyd edib.

 “Mən sizi Azərbaycan parlamentinin bütün üzvləri adından, parlament rəhbərliyi adından salamlayıram, sizin bayramınızı təbrik edir, sizə can sağlığı, uğurlar və xoşbəxtlik arzulayırıq. Arzulayırıq ki, hər birinizin ailəsində hər zaman sevinc olsun, xoşbəxtlik olsun. Arzu edirik ki, gələn il Novruz bayramını işğaldan azad edəcəyimiz Qarabağda və Abxaziyada, Cənubi Osetiyada qeyd edək!”

Qənirə Paşayeva bayram tədbirləri çərçivəsində Gürcüstanın müxtəlif bölgələrindən gələn Marneuliyə gəlmiş azərbaycanlılar ilə görüşüb və onları da bayram münasibəti ilə təbrik edib.

Novruz şənliyində Azərbaycandan gələn müğənnilərdən Manana Caparidze, Ədalət Şükürov və “Sarvan” folklor rəqs qrupu rəngarəng proqramlarla çıxış ediblər.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı