Modern.az

Bakıda “Bütöv Azərbaycan tonqalı” yandırıldı - FOTOLAR

Bakıda “Bütöv Azərbaycan tonqalı” yandırıldı - FOTOLAR

Aktual

22 Mart 2012, 20:45

Novruz bayramı günündə Bakıda orjinal mərasim təşkil edilib. Modern.az xəbər verir ki, paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsində “Bütöv Azərbaycan tonqalı” yandırılıb.

Yeni yaradılmış Böyük Azərbaycan Ocaqları tərəfindən təşkil olunmuş bayram mərasimində ziyalılar, media təmsilçiləri, gənclər, Güney Azərbaycandan və Borçalıdan olan soydaşlarımız, həmçinin ətrafda yaşayan sakinlər iştirak edib.    Bayram şənliyində Azərbaycanın bütövlüyünə həsr olunmuş plakatlar qaldırılıb, qara zurnanın sədaları altında gənclər “Yallı” gediblər. Böyük Azərbaycan Ocaqlarıının təmsilçisi Zahir Əlisoy çıxış edərək bildirib ki, bu mərasim simvolik xarakter daşıyır və Azərbaycanın tarixi ərazilərinin bütövlüyünə bir işarədir:

“Biz bu gün “Bütöv Azərbaycan tonqalı” yandırmaqla Vətənimizin tarixi ərazilərinin bütövləşməsi uğrunda mübarizədə hər zaman israrlı olacağımızı göstərmək istəyirik. Qoy, bu müqəddəs tonqal gələn il Qarabağımızda, Güney Azərbaycanda yandırılsın”. Bayram tədbiri Azərbaycanın Dövlət Himninin oxunması və “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” şüarının səsləndirilməsi ilə başa çatıb.  






Fotolar Modern.az -dır
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı