Ötən gecə Azərbaycanda yay vaxtına keçid olub. Modern.az saytının məlumatına görə, Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarına əsasən, martın 24-dən 25-nə keçən gecə saat 4.00-da ölkə ərasisində saatların əqrəbi bir saat irəli çəkilib.
Qeyd edək ki, Azərbaycanda “yay-qış vaxtına keçid”in ləğv olunması üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti bir müddət öncə Nazirlər Kabinetinə müraciət etmişdi. Amma Nazirlər Kabineti AMEA-nın Rəyasət Heyətinin müraciətinə cavab verməyib.
Modern.az