Əsas vasitəçilər Hillari Klinton və Əhməd Davudoğlu olacaq
ABŞ Türkiyə ilə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyi planlaşdırır. Modern.az “Əl-Cəzirə” telekanalına istinadən bildirir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezident Serj Sərkisyanın və İlham Əliyevin görüşünün keçirilməsində əsas vasitəçilər ABŞ dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri olacaq. “Münqaişənin həlli üçün planlaşdırılan görüş Hillar Klinton və Əhməd Davudoğlunun vasitəşçiliyi ilə reallaşacaq”-deyə məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, Amerika Ankaranın regionda nüfuzunun güclənməsində maraqlıdır. “Belə ssenari hərəkətin sıx şəkildə koordinə edilməsini tələb edir. Türkiyə və İsraildən başqa ABŞ-ın bölgədə güvənə biləcəyi digər dövlət yoxdur. ABŞ-da hesab edirlər ki, Amerika qoşunlarının İraq və Əfqanıstandan çıxmasından sonra regional təhlükəsizliyə görə məsuliyyət daşıyan kimsə olmalıdır. Türkiyənin isə regional güc sahibi kimi qəbul edilməsi rasional yanaşmadan irəli gəlir”-deyə məlumatda vurğulanır.
Maraqlıdır ki, bu məlumat Rusiyanın vasitəçilyi altında keçirilən Azərbaycan-Ermənistan danışıqlarının fonunda yayılır. Xatırladaq ki, Medvedevin vasitəçilyi ilə keçirilən bu görüşlər nəticəsiz başa çatıb. Buna baxmayaraq, Moskva münaqişə ilə bağlı danışıqların aparılması üçün yenə cəhdlər edəcəyini açıqlayıb. Görünür son preizdent seçkilərində Qərbin xoşlamadığı V.Putinin yenidən prezident kürsüsünə qayıdışı ABŞ-ı regional münaqişələrə yönəlik siyasətdə müəyyən korrektlərə etməyə vadar edib.
Xaqani SƏFƏROĞLU