Modern.az

Obama Ərdoğanla görüşdü: “İran üçün pəncərələr bağlanır"

Obama Ərdoğanla görüşdü: “İran üçün pəncərələr bağlanır"

Aktual

25 Mart 2012, 18:33

 


Cənubi Koreyanın paytaxtı Seulda ABŞ prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, tərəflər görüş zamanı İran ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Obama bildirib ki, “İranın nüvə probleminin həlli imkanları azalır”.

“Mən inanıram ki, problemin diplomatik yolla həlli üçün hələ zaman pəncərəsi var. Amma bu pəncərə bağlanmaq üzrədir”-deyə ABŞ prezidenti Seulda keçirilən görüş zamanı bildirib.

Bir saat yarım davam edən görüşdə başda Suriya problemi də müzakirə edilib. 

Mətbuata açıqlamasında Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti ilə Suriyadakı vəziyyəti müzakirə etdiyini söyləyib. Türkiyənin bu ölkə ilə 1910 kilometrlik sərhədi olduğunu xatırladıb. O, qeyd edib ki, hazırda 17 mindən çox surilyalı öz evlərini tərk edərək Türkiyədə sığınacaq tapıb. R.T.Ərdoğan vurğulayıb ki, Suriyada hər gün insanların öldürülməsinə biganə qalmaq olmaz.
 
Türkiyənin Baş naziri onu da bildirib ki, martın 28-də İrana edəcəyi səfərin də əsas mövzusu Suriyadakı vəziyyət olacaq. Onun sözlərinə görə, rəsmi Ankara bu məsələdə Rusiya və Çinlə də məsləhətləşmələri davam etdirir. 
R. T. Ərdoğan əlavə edib ki, B. Obama ilə görüşdə terrorla mübarizə, Kipr məsələsi və İraqdakı vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb.

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı