Modern.az

26 martın hava PROQNOZu

26 martın hava PROQNOZu

Aktual

25 Mart 2012, 18:55

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, axşam tutqun olacağı gözlənilir.
Temperaturun gecə 3-5 dərəcə isti, gündüz 11-16 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam az yağıntılı olacağı ehtimalı var.
Temperaturun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa,Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, axşam az yağıntı olacağı ehtimalı var.
Temperaturun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi,Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 2-6 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı,Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, axşam yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli,Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul,Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 2-7 dərəcə isti, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək, səhər dağlarda duman olacaq.
Temperaturun gecə 3-7 dərəcə isti, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı