Modern.az

Gəncəyə gələn turistlərə yeni xəbər

Gəncəyə gələn turistlərə yeni xəbər

Aktual

27 Mart 2012, 10:50

Gəncəyə gələn turistlərə xoş xəbər. Belə ki, “Gəncə şəhərinin bələdçisi” kitabı hazırlanıb. Bu da şəhərdə turizmin inkişafına öz töhfəsini verəcək.

Şəhərimizə gələn turistlər çox vaxt şəhərin görməli və tarixi yerlərini gəzməkdə, eləcə də əvvəlcədən onunla tanış olmaqda çətinlik çəkirdilər. Bu da şəhərə gələn turistlərin sayının azalmasına səbəb olurdu və Gəncənin turzim sahəsinin inkişafını ləngidirdi. Artıq bununla bağlı növbəti addım atılıb. Kitabın müəllifi Samir Pişnamazzadə deyib:
“Gəncə şəhərinin bələdçisi” kitabının olmaması aktual problemlərdən biri idi. Lakin Gəncə şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə Gəncə Regional Elmi Mərkəzi bu kitabı hazırladı. Bu bələdçi kitab Gəncənin tarixi, coğrafi mövqeyi, sənətkarlığı, turizm, idman və digər bütün sahələri əhatə edir”. “Gəncənin bələdçisi kitabı”nın orijinal versiyası hazır olsa da, hazırda onun ingilis və rus dillərində olan variantı üzərində iş gedir. Yaxın günlərdə onların da tam hazır olacağı və mədəniyyət obyektlərinə, turzim agentliklərinə paylanılacağı gözlənilir.
Onu da bildirək ki, kitab, ölkəmizdə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində turistlərin daha çox gəlməsi ilə əlaqədar əhəmiyyətli hesab edilir. Bələdçi kitabın Gəncənin öz sakinləri üçün də maraqlı olacağı bildirilir.
“Bu kitab təcrübədə birincidir, lakin gələcəkdə təkmilləşəcək. Yəni 2-3 ildən bir dəyişməlidir. Çünki şəhərin özündə də dəyişikliklər baş verir. Bu, təbii haldır”-deyə Samir Pişnamazzadə bildirib.

Qeyd edək ki, 150 səhifədən ibarət kitabda Gəncədəki 800-dən artıq tarixi abidənin siyahısı da verilib. Burada tarixi abidələrin yerləşdiyi ünvanlar və onlar haqqda ətraflı məlumatlar öz əksini tapıb.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı