Modern.az

9 il öncə Bakıda iş adamını öldürən qatil yaxalanıb

9 il öncə Bakıda iş adamını öldürən qatil yaxalanıb

Aktual

27 Mart 2012, 14:40

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində martın 27-də 2003-cü ildən axtarışda olan 1969-cu il təvəllüdlü, əvəllər məhkum olunmuş, Bakı şəhərində qeydiyyatda olan Əliyev Miryusif Mirislam oğlu tutularaq, aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə təhvil verilib.

Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, M.Əliyev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.2.1, 120.2.5, 120.2.11), hədə-qorxu ilə tələb etmə (182.3.2), banditizm (217.2) və qanunsuz olaraq odlu silah saxlama, əldə etmə, gəzdirmə (228.2.2-ci) maddələri ilə təqsirləndirilir.

M.Əliyev 13 yanvar 2003-cü ildə Novruzov Rəşad Muğan oğlu və Nəsirov Ümid Kamal oğlu ilə cinayət əlaqəsinə girərək Məmmədov Knyaz Abbas oğlunu Nərimanov rayonu ərazisində oğurlayıb qətlə yetirməkdə şübhəli bilinir.

2003-cü ildə R.Novruzov və Ü.Nəsirov yaxlanıb, M.Əliyevin barəsində həmin ildən axtrış elan olunub.

Qətlə yetirilən Knyaz Məmmədov iş adamı olub, o, inşaat işlərilə məşğul idi.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı