Modern.az

Qadınlar evi daha az təmizləyir

Qadınlar evi daha az təmizləyir

Aktual

27 Mart 2012, 15:06

Qadınlar ev işlərilə daha az məşğul olurlar. Fransanın Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun apardığı araşdırmalar belə göstərib.

Fransız tədqiqatçıları belə qərara gəliblər ki, 1986-cı ildə qadınlar ev işlərinə kişilərdən 3 saat artıq vaxt sərf ediblər. İndi isə bu nisbət 40 faiz azalıb. İndi xanımlar kişilərdən yalnız saat yarım artıq müddət ev silib-süpürürlər. Yəni, demək olar, qadınlarla kişilər eyni dərəcədə ev işləri ilə məşğul olurlar.  
Tədqiqatın rəhbəri Mişel Dyue deyir ki, kişilər öz xoşlarıyla evdə təmizlik işləri aparmırlar. Sadəcə qadınlar buna az vaxt ayırdığından, güclü cins nümayəndələri süpürgəyə əl atmalı olublar.  
Ümumilikdə indi qadınlar orta hesabla gündə 4 saatı yemək  bişirmək, təmizlik və uşaqlara qulluğa sərf edirlər. Qadınların daha çox işləməsi, məişət texnikasının çoxalması, ailələrə daha çox yarımfabrikat yeməklərin alınması da buna təsir göstərir.

Şübhəsiz ki, bu statistikanı Fransa cəmiyyətinə aid etmək olar. Azərbaycanda yəqin ki əksinədir...  

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı