Məmmədov Siyasət Zülfüqar oğlu ixtisasca mühəndis, elektroenergetikdir. 1970-80-ci illərdə respublikanın Qərb bölgəsində istifadəyə verilən mənzil, sosial- məişət və sənaye obyektlərinin tikintisində yaxından iştirak edib. Hazırda Azərbaycan Dövlət Aqrar Universitetində “Alternativ enerji mənbələrindən istifadə”sahəvi elmi-tədqiqat labaratoriyasına rəhbərlik edir, texniki elmlər namizədidir. Siyasət Məmmədov son zamanlar Gəncədə aparılan işlərlə bağlı redaksiyamıza məktub yazıb. Modern.az məktubu olduğu kimi təqdim edir.
- Gəncə Azərbaycanın ən qədim şəhərlərindəndir. Buranın coğrafiyası, təbii-iqlim şəraiti yaşamaq üçün çox münasibdir. Gəncə qədim ipək yolunun üzərində yerləşdiyindən qədimdən burada insanlar varlı olublar.
Dünyanın barmaqla sayılan korifeylərindən olan Nizami Gəncəvi də bu şəhərdə doğulub və burada yazıb yaradıb. Şübhəsiz ki, bu şəhərdə qədimdən elm, təhsil mənbələri mütəfəkkir öyrədənlər olub. Gəncənin ticarət yolunun üzərində olması əhalinin zəngin yaşamasına şərait yaradıb. Bəlkə də elə bu səbəbdən də Gəncə tez-tez yadelli hücumlara məruz qalıb.
1970-80-illəri birmənalı şəkildə Azərbaycanın intibah dövrü adlandırmaq olar. Bu, danılmaz həqiqətlırdir. Həmin illərdə Gəncə şox sürətli inkişaf etdirilib, yüksək texniki tərəqqiyə nail olmaqla əhalinin mənzil, sosial şəraiti xeyli yüksəldilib. Bunlarla yanaşı həmin illərdə geniş həcmdə bərpaa işləri aparılıb.
Bir sözlə Gəncə özünə qaytarılıb. Hazırda isə burada bəlkə də tarixdə görünməmiş quruculuq işləri aparılır. Buna paralel olaraq yeni sənaye müəssilərinin işə salınması istiqamətində möhtəşəm işlər gedir.
Bakı-Gəncə şose yolu ilə Gəncəyə gələn hər bir insan Gəncədə son aylarda aparılan bu işlərə heyran olmaya bilmir. Şəhər daxilində aparılan işlər müvəqqəti müəyyən narahatçılıq yaratsa da mühəndis kommunikasiya sistmlərinin yeniləri ilə
əvəz olunması insanlarda şəhər rəhbərliyinə rəgbəti artırır. Bu isə təbii ki, ölkə Prezidenti cənab İlham Əliyevə olan inamı daha da artırır. Əvvəllər inşaat quraşdırma sahəsində məsul vəzifədə çalışmış bir insan kimi indi şəhərimizdə aparılan yenidənqurma, təmir bərpa və tikinti işlərinin yüksək keyfiyyətli, müasir texnologiyalarla Gəncə memarlıq ənənələrinin saxlanması ilə peşəkarlıqla həyata keçirilməsinə heyran qalmışam.
Artıq bir neçə aydır ki, şəhərimizin ətrafında ağacəkmə kampaniyası mütəşəkkil və davamlı ümumşəhər tədbirinə çevrilib. Uzun illər şəhərdaxili yolların genişləndirilməsinə və yeni tikililərin şəhərin memarlıq və arxitektura görünüşünə uyğun olmasına az diqqət yetirilib. Hətta deyərdim ki, Gəncə az qala öz simasını itirmək üzrə idi. Hazırda Gəncə rəhbərliyi bu məsələlərə xüsusi diqqət ayırır. Görüləcək bütün işlər isə xalq üçündür. Gəncənin icra başçısı Elmar Vəliyev bundan qabaq quruculuq işlərini Yevlaxda gerçəkləşdirdi. İndi Yevlax Azərbaycanın ən gözəl güşəsinə çevrilib. Burada salınan parklarda yevlaxlılar dincəlir, yeni açılan iş yerlərində yevlaxlılar çalışır. Demək ki, Gəncədə də quruculuq işlərinin bəhrəsini gəncəlilər görəcək.
Şəhərin sistemli yenidənqurma işlərinin aprıldığı vaxtda Gəncədə işsizlik tam aradan qaldırılıb. Gəncədə aparılan işlərin yerinə yetirilmə müddətini azaltmaq üçün bu sahəyə maliyyə vəsaitinin artırılmasına zərurət vardır.
Gəncədə görülən işlər bununla məhdudlaşmır. Yadınızdadırsa, keçən ilin dekabrın 5 və 6-da Gəncə şəhərində ictimai asayişin sivil qaydada qorunması üçün sistemli kompleks tədbirlərin həyata keşirilməsi nəticəsində Aşurə günündə dini tədbirlərdə iştirak etmək istəyənlərə münasib mədəni şərait yaradıldı.
Əvvəlki illərin həmin günlərindən fərqli olaraq keçən il Gəncə əhalisi normal həyat tərzini yaşadı. Ziyanlı, dini təriqətlərin adamlarımn fəaliyyətləri öz-özlüyündə yox oldu. Bütün bunlar onu göstərir ki, Gəncə yaxın zamanlarda dünyanın sivil şəhərləri ilə müqayisə ediləcək səviyyəyə qalxacaq. Artıq bu, özünü quruculuq, abadlıq, elm, təhsil, mədəniyyət, bir sözlə ictimai həyatın bütün sahələrində göstərir. Yaxın illərdə Gəncə Şərqin ən gözəl şəhəri olmaqla yamaşı, həm də sənayecə inkişaf etmiş bir mərkəzə çevriləcəyi heç kimdə şübhə yaratmır. Bütün bunlar isə Azərbaycan xalqı üçün görülən işlərdir.