Modern.az-ın məlumatına görə, Azərbaycanın ən qədim ərazisi olan və Ermənistanın işğal etdiyi Xankəndi şəhərilə bağlı ilk sayt yaradılıb.
Sayt 122 saylı Xankəndi seçki dairəsindən seçilmiş deputat Flora Qasımovanın təşəbbüsü ilə ərsəyə gəlib.
Saytda Xankəndi ilə bağlı ətraflı məlumatlar yer alıb. Saytın təqdimatı 30 mart 2012-ci il tarixdə saat 10:30-da Şuşa rayon İcra Hakimiyyətində - “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin qərargahında olacaq.
Həmin tədbirdə 1918-ci il 31 Mart Soyqırımının anım mərasimi olacaq. Ardınca isə www.Xankendi.az saytının təqdimatı keçiriləcək.
Modern.az