Modern.az

Minsk Qrupundan Bakıya təzyiq: Kəlbəcər və Laçın müzakirədən çıxarılır

Minsk Qrupundan Bakıya təzyiq: Kəlbəcər və Laçın müzakirədən çıxarılır

Aktual

28 Mart 2012, 13:35

Dağlıq Qarabağla bağlı aparılan danışıqlar prosesinə gözlənilməz mesaj

Dağlıq Qarabağ münaqişəsininin həlli ilə bağlı aparılan danışıqlar prosesi ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb. Modern.az-a diplomatik mənbələrdən daxil olan məlumata görə, ATƏT-in Minsk Qrupu danışıqların dalana dirənməsindən ciddi narahatlıq keçirir və və prosesi ölü nöqtədən tərpətmək üçün həmsədr ölkələrin başçılarına müraciət edib. Bunun nəticəsi olaraq Minsk qrupu Azərbaycana təqdim etmək üçün yeni təkliflər hazırlayıb.

Diplomatik mənbənin verdiyi məlumata görə, həmsədərlərin rəsmi Bakıya açıqladıqları yeni təklifə görə, işğal olunmuş Kəlbəcər və Laçın rayonları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesindən çıxarılır. Əvəzində Ermənistan 5 rayonu qaytarmağı və bununla eynni zamanda Dağlıq Qarabağın status məsələsinin müzakirəsinə razılıq verir. Rəsmi İrəvan buna etiraz etmədiyini bildirib. Həmsədrlərin rəsmi Bakıya verdikləri mesajda qeyd olunur ki, ATƏT-in Minsk Qrupu probblemin tezliklə həlli üçün bunu ciddi kompromis sayır. Hələlik rəsmi Bakının buna rekasiyası bəlli deyil. 

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədrləri ATƏT-in Daimi Şurasına fəaliyyətləri barədə martın 19 –da açıqladıqları hesabatda bəyan ediblər ki, münaqişənin hərb yolu ilə həlli mümkün deyil və tərəflər qəbuledilməz status-kvonun dəyişməsi və sülhə nail olmaq məqsədilə çətin qərarların qəbulu üçün siyasi iradə nümayiş etdirməlidirlər

Vasitəçilər bildiriblər ki, bu ay danışıqlar atmosferinin yaxşılaşdırılması, atəşkəsin möhkəmləndirilməsilə bağlı təklifləri müzakirə etmək üçün regiona növbəti dəfə səfər etməyə hazırlaşırlar. Onlar səfər çərçivəsində danışıqlar prosesinin davam etdirilməsi barədə də fikir mübadiləsi aparmaq niyyətindədirlər

Azərbaycanın rəsmi mövqeyi isə danışıqların davam etdirilməsindən ibarətdir. XİN rəhbəri Elmar Məmmədyarov mediaya açıqlamalarında bildirib ki, 2007-ci ildən danışıqlarda nizamlanmanın “Madrid prinsipləri” müzakirə olunur. 
”“Madrid prinsipləri”nə uyğun olaraq biz erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını istəyirik”, - nazir bildirib.  
“Tez və ya gec Azərbaycan  ərazilərin azad olunacaq. Bu, nə qədər tez baş verərsə, bir o qədər yaxşıdır”, - E.Məmmədyarov qeyd edib. 

Açıqladıqları hesabatda Dağlıq Qarabağ münaqişəsinin tezliklə dinc yolla həlli ilə bağlı səyləri barədə məlumat verən həmsədrlər isə qeyd ediblər ki, təmas xəttinin mövcudluğu vətəndaşlar arasında möhkəm sədd deyil və tərəflərin istəyi ilə hərbçilərin atəşkəs rejiminin qorunması üzrə əlaqələndirilmiş fəaliyyətləri mümkündür.

Xatırladaq ki, Modern.az  bir müddət öncə ABŞ-ın Türkiyə ilə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyi planlaşdırldığı barədə məlumat yayıb.
“Əl-Cəzirə” telekanalınınn yaydığı həmin məlumatda qeyd olunurdu ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezident Serj Sərkisyanın və İlham Əliyevin görüşünün  keçirilməsində əsas vasitəçilər ABŞ dövlət katibi Hillari Klinton və Türkiyənin xarici işlər naziri olacaq.
“Münqişənin həlli üçün planlaşdırılan görüş Hillar Klinton və Əhməd Davudoğlunun vasitəşçiliyi ilə reallaşacaq”-deyə məlumatda bildirilir.

Görünür Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq güclərin yeni cəhdlərinn şahidi olacağıq

Xaqani SƏFƏROĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı