Modern.az

Aprelin 8-də abituriyentlərin ilk sınaq imtahanıdır

Aprelin 8-də abituriyentlərin ilk sınaq imtahanıdır

Aktual

29 Mart 2012, 10:19

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-ci il aprelin 8-də abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə cari ildə ilk sınaq imtahanları keçirəcək. Bu barədə Modern.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib.

TQDK rəsmisi bildirib ki, aprelin 8-də keçiriləcək sınaq  imtahanlara yazılmaq istəyən abituriyentlər 7735 nömrəsinə boş sms göndərməklə virtual ödəmə kartı əldə edə bilərlər.
Ödəmə kartlarını “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan şəxslər də Komissiyanın internet saytından ödəmə etməklə əldə edə bilərlər.
Bundan sonra onlar Komissiyanın internet saytından ödəmə kartının seriya nömrəsi və pin kodundan, şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodundan istifadə etməklə sınaq imatahanlarına yazıla bilərlər.  

Mail Ağaxanov
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı